Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan badmintonçusu Kənan Rzayev maltalı rəqibi Samuel Kalini məğlub edib

Azərbaycan badmintonçusu Kənan Rzayev maltalı rəqibi Samuel Kalini məğlub edib

24.06.2015 [09:42]

İyunun 23-də Bakı İdman Sarayında birinci Avropa Oyunlarının badminton yarışlarında qadınlar və kişilər arasında fərdi və qrup yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, badmintonçumuz Kənan Rzayev fərdi yarışlarda ikinci görüşündə maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlub edib. Qrup mərhələsi çərçivəsində idmançımız növbəti görüşünü iyunun 24-də İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.
Kişi cütlüklərin “B” qrupunda mübarizə aparan badmintonçularımız Kənan Rzayev - Orxan Qələndərov dueti fransalı idmançılar Bastian Kersaudi və Geatan Mittelheysterə 6:21 və 4:21 hesabı ilə məğlub olub. Cütlüyümüz növbəti görüşünü iyunun 24-də Rusiya təmsilçiləri Vladimir İvanov - İvan Sozonova qarşı keçirəcək.
Badminton üzrə mübarizənin birinci günündə qadınlar arasında fərdi, cütlük və qarışıq komanda yarışları da keçirilib. Qadınların mübarizəsində Azərbaycan təmsil olunmayıb.

 
Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30