/ / “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni möhtəşəm qələbə ilə təmin edib
“Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni möhtəşəm qələbə ilə təmin edib
28.08.2015 [09:56]
Avqustun 27-də futbol üzrə UEFA Avropa Liqası yarışlarında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası İsveçrənin “Yanq Boyz” kollektivini hesabı ilə məğlubiyyətə uğradaraq UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionun keçirilən qarşılaşmada Ağdam təmsilçisinin qollarını 4-cü dəqiqədə Riçard Almeyda (11 metrlik cərimə zərbəsindən) və 43-cü dəqiqədə Reynaldo vurublar.
“Qarabağ” Berndə oynanılan ilk görüşdə də Riçard Almeydanın qolu ilə 1:0 qalib gəldiyindən avroliqanın qrup mərhələsinə vəsiqəni iki qələbə ilə təmin edib.
Matçın əsas hakimi litvalı Qedminas Majeyka olub. Ona həmyerliləri Vytautas Simkus və Vitenis Kazlauskas kömək ediblər. Dördüncü hakim funksiyasını isə Sergey Sliva yerinə yetirib.
İsveçrəlilər erkən qol vurmaq üçün ilk dəqiqələrdən təşəbbüsü ələ almağa çalışsa da, hesabı Ağdam təmsilçiləri açıblar. Oyunun 3-cü dəqiqəsində Reynaldoya qarşı kobudluğa görə “Yanq Boyz” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Zərbəni dəqiq yerinə yetirən Riçard Almeyda “Qarabağ”ı hesabda irəli çıxarıb - 1:0. Almeydaya qarşı kobud oyuna görə rəqib komandanın futbolçusu Steve von Bergen qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qoldan sonra hücumlarını daha da artıran “Qarabağ” futbolçuları ardıcıl olaraq bir neçə təhlükəli vəziyyət yaradıblar. Qarşılaşmanın 12-ci dəqiqəsində ağdamlılar gözəl kombinasiya nəticəsində real qol imkanı yaratsalar da, Riçard Almeydanın zərbəsi dəqiq olmayıb. Matçın 19-cu dəqiqəsində isə rəqib qapıçı ilə təkbətək qalan Reynaldo topu onun başı üzərindən tora göndərmək istəsə də, zərbəsi dəqiq olmayıb. Altı dəqiqə sonra Reynaldonun sağ cinahdan başlatdığı hücumu isveçrəli müdafiəçilər dəf ediblər. Görüşün 27-ci dəqiqəsində Riçard Almeydanın gözəl ötürməsini Dani Kintana güclü zərbə ilə tamamlasa da, son anda qapıçı topu meydandan çıxarıb.
“Qarabağ”ın tam üstünlüyü ilə keçən qarşılaşmanın 33-cü dəqiqəsində Reynaldonun güclü zərbəsinin qarşısını müdafiəçilər kəsiblər. İki dəqiqə sonra qapıçı ilə təkbətək qalan Reynaldo ikinci qola yaxın olsa da, uğur qazana bilməyib. Lakin oyunda fəallığı ilə seçilən Reynaldo 43-cü dəqiqədə öz istəyinə çatıb. Rəqib müdafiəçilərinin səhvindən məharətlə istifadə edən braziliyalı legioner dəqiq zərbə ilə qapıçını topu qapıdan çıxarmağa məcbur edib - 2:0.
“Qarabağ” fasiləyə iki top üstünlüklə yollanıb.
Fasilədən sonrakı ilk dəqiqələrdə komandalar hücumlarını daha da artırıblar. Lakin oyunda üstünlüyünü qorumağı bacaran “Qarabağ” rəqibin cərimə meydançasında ardıcıl təhlükəli vəziyyətlər yaradıb. Ağdam təmsilçisi azarkeşlərə üçüncü qol sevincini oyunun 61-ci dəqiqəsində yaşadıb. Künc zərbəsi ilə başlanan hücumda Riçard Almeydanın ideal ötürməsindən sonra Əfran İsmayılov “Qarabağ”ın üçüncü qolunu “Yanq Boyz” komandasının qapısından keçirib - 3:0.
Oyunun 71-ci dəqiqəsində meydanda Əfran İsmayılovu əvəz edən Raydel Pupon rəqib qapıçı ilə təkbətək qalsa da topu, düz onun üstünə vurub. Oyunun 85-ci dəqiqəsində isə künc zərbəsindən sonra qapıçının dəf etdiyi topa Coşqun Diniyevin yaxın məsafədən zərbəsi dəqiq olmayıb. Qalan vaxt ərzində və əsas hissəyə əlavə edilən 3 dəqiqədə hesab dəyişməyib və “Qarabağ” 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, İsveçrənin “Yanq Boyz” kollektivini iki oyunun nəticəsinə görə 4:0 hesabı ilə məğlub edən “Qarabağ” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.
Xəbər lenti
Hamısına baxİdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54

