Avropa Olimpiya Komitəsi Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır
15.09.2015 [10:01]
Olimpiya hərəkatı ilə bağlı tədbirləri işıqlandıran, mötəbər idman yarışlarından yazan beynəlxalq “Around the Rings” internet portalında “Bakı-2015” ilk Avropa Oyunlarının müsbət nəticələrinə həsr olunmuş “AOK Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır” sərlövhəli material yerləşdirilib.
AZƏRTAC materialın xülasəsini təqdim edir.
* * *
“Around the rings” yazır ki, Romada “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş iki günlük iclas keçirilib. İclasda “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi ilə bağlı uğurlu təcrübədən söhbət açılıb. Tədbirdə Bakıda həyata keçirilən bu uğurlu layihə yüksək qiymətləndirilib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sədrliyi ilə keçən iclasda AOK-un İcraiyyə Komitəsinin üzvləri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” ilk Avropa Oyunları əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos, həmçinin Oyunların əməliyyat komitəsinin baş direktoru Saymon Kleq, habelə idman direktoru Pirs O`Kallahan, ekspert-məsləhətçilər iştirak ediblər.
İclasda idman proqramlarının tərtibi, yekun protokolun hazırlanması, 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına hazırlıq işlərində Bakı təcrübəsindən geniş istifadə edilməsi məsələləri ətraflı müzakirə olunub.
AOK-un prezidenti Patrik Hikki deyib: “Bakı-2015” bizim bütün ümidlərimizi doğrultdu və mən deməliyəm ki, Azərbaycan Avropa Oyunları anlayışına çox böyük xidmət göstərdi. İlk Avropa Oyunları dünyanın dörd bir tərəfinin Olimpiya ailəsindən inanılmaz təriflər aldı və biz “Avropa Oyunları gəldi” sözünü dünyaya çatdırmağın bundan yaxşı yolunu arzulaya bilməzdik.
AOK bütün bu zəngin təcrübə barədə informasiyaları gələcək nəsillər üçün qoruyub saxlayır. Çeviklik və yenilik bizim devizimiz olaraq qalır. Lakin bizim artıq beynəlxalq səviyyədə tanınan ən qabaqcıl təcrübəmiz var və biz öz işimizi onun üzərində qurmalıyıq”.
İclasda Patrik Hikkiyə “Bakı-2015”in medallar dəsti təqdim edilib.
Sonra AOK-un prezidenti Patrik Hikki ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun təkbətək görüşü olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05

