Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dama turniri başa çatdı
05.05.2009 [14:12]
ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə media təmsilçiləri arasında keçirilən dama turniri başa çatıb. “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində çıxış edən qəzetin baş redaktoru Hikmət Babaoğlu ulu öndərin doğum gününə həsr edilən turnirin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Baş redaktor respublikamızda idmana göstərilən diqqət və qayğıdan, ölkədə idmanın bütün sahələrində gedən sürətli inkişafından söz açıb. ümummilli lider Heydər Əliyevin dünyanın ən böyük intellektlərindən, zəka sahiblərindən biri olduğunu bildirən baş redaktor bu intellektual yarışın Onun adı ilə bağlı olmasının vacibliyini qeyd edib. Hikmət Babaoğlu çıxışında ölkəmizdə bütün sahələrdə mühaşidə olunan inkişafdan söz açaraq idmanın bu sahələr içində öndə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə idmanı, xüsusilə, son illərdə böyük inkişaf yolu keçib ki, bunun da nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Baş redaktor bildirib ki, Azərbaycanda dama həmişə populyar idman növü olub. Hazırda da Dama Federasiyası idmanın bu növünün inkişafı ilə bağlı xüsusi tədbirlər həyata keçirir.
Daha sonra çıxış edən Dama Federasiyasının prezidenti Vaqif Mustafayev bildirib ki, turnirin ümummilli liderin doğum günü münasibətilə təşkil edilməsi çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, qalib gələn media nümayəndəsi məhz ümummilli liderin xatirəsinə həsr edilən turnirdə qələbə qazanması ilə həmişə fəxr edəcək. Federasiya rəhbəri onu da qeyd edib ki, bu günlərdə Azərbaycan damaçıları Avropa çempionatında uğurla çıxış edərək ölkəmizin aktivinə medallar yazdırıblar.
Dama Federasiyasının vitse-prezidenti, Bakı Metropolitenin rəisi Tağı Əhmədov isə çıxışında bildirib ki, ümummilli liderin xatirəsinə həsr edilən turnirin qalibi olmaq dünya və Avropa çempionu olmaqdan daha üstündür. T.Əhmədov qeyd edib ki, son vaxtlara qədər dama yarışı digər idman növlərimizlə müqayisədə bir qədər kölgədə qalmışdı. Amma artıq bu vəziyyət dəyişib və dama yarışı da populyarlıq qazanmağa başlayıb.
Daha sonra turnirin baş hakimi Eldar Əliyev qısa olaraq qaydalarla bağlı məlumat verib və bununla da turnirə start verilib. Müxtəlif KİV orqanlarının 48 nümayəndəsi qalib adı uğrunda mübarizəyə qoşulublar. Olimpiya sistemi ilə keçirilən yarışda növbəti mərhələyə vəsiqə qazanan 24 nümayəndə püşkə uyğun olaraq mübarizəni davam etdiriblər. Qalib olan 12 iştirakçı püşklə iki qrupa bölünərək dairəvi sistemlə qalibi müəyyən etmək üçün mübarizə aparıb.
Qruplarını ilk sırada tamamlayan AzTV-nin əməkdaşı Siyavuş Əliyev və “Space”in təmsilçisi Elman Şirbağırov finalda mübarizə aparmaq hüququ qazanıblar. İTV-nin əməkdaşı Nicat Qayıbovla “Olaylar”dan Elman Cəfərlinin 3-cü yer uğrunda mübarizəsindən televiziya əməkdaşı qalib ayrılıb. Birinci və üçüncü yer uğrunda görüşlər eyni vaxtda başladı. Maraqlıdır ki, final oyunu başa çatsa da, 3-cü yer uğrunda oyun hələ davam edirdi. Yəni, üçüncü yer uğrunda oyun daha dramatik şəkildə gedirdi. Nə televiziyaçı Nicat, nə də “Olaylar”dan Elman Cəfərli təslim olmaq fikrində deyildi. Onların arasında keçirilən ilk oyun heç-heçə başa çatdı. İkinci oyunda da tərəflər qalibi müəyyən edə bilmədilər. Nəhayət, üçüncü oyunda İTV-nin əməkdaşı qalib gələrək turniri üçüncü pillədə başa vurmasını rəsmiləşdirdi. Final oyununda isə AzTV-nin əməkdaşı Siyavuş Əliyev “Srace”in təmsilçisi Elman Şirbağırovu ilk oyunda məğlub etməklə artıq böyük üstünlük əldə etmişdi. İkinci oyun heç-heçə başa çatdığından AzTV-nin əməkdaşı turnirin qalibi oldu.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50

