Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin diplomuna layiq görülüb

AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin diplomuna layiq görülüb

30.06.2016 [09:58]

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisi haqqında ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi böyük xidmətə görə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin diplomuna layiq görülüb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmi media tərəfdaşı olan AZƏRTAC Formula-1 Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayıb. Qran-prinin yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlərini cəlb edən agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunub, fotoları bütün dünyada yayılıb. AZƏRTAC-ın saytında yarışla əlaqədar “Formula-1” bölməsi yaradılıb, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdirilib.
Bununla yanaşı, AZƏRTAC yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının “Formula-1” üzrə dünya çempionatında iştirak edən komandalar və pilotlar haqqında da intensiv materiallar yayımlayıb.

Paylaş:
Baxılıb: 1147 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30