Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Rio-2016”: Azərbaycan cüdoçularının ilk rəqibləri Peru, İspaniya, Rusiya və Latviya təmsilçiləridir

“Rio-2016”: Azərbaycan cüdoçularının ilk rəqibləri Peru, İspaniya, Rusiya və Latviya təmsilçiləridir

06.08.2016 [10:13]

Bu gün “Rio-2016” Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilir.
AZƏRTAC xəbər verir ki, dörd illiyin mötəbər yarışında ölkəmizi 6 cüdoçu təmsil edəcək. Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Avqustun 6-da tatami üzərinə çıxacaq Orxan Səfərovun (60 kq) ilk rəqibi perulu cüdoçu Xuan Postiqos olacaq. Mübarizəyə avqustun 7-də qoşulacaq Nicat Şıxəlizadə (66 kq) İspaniya idmançısı Suqoi Urarte ilə münasibətlərinə aydınlıq gətirəcək. Mötəbər yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Məmmədəli Mehdiyev avqustun 9-da rusiyalı Kirill Denisov ilə üz-üzə gələcək. İki gün sonra Elmar Qasımov (100 kq) rusiyalı Tahir Xaybullayev ilə qarşılaşacaq. Avqustun 12-də Uşanqi Kokauri Rio tatamisində latviyalı Arturs Nikiforenkodan güclü olmağa çalışacaq.
İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) avqustun 8-də Faye Nije (Qambiya)-Didar Hamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Cüdo yarışları avqustun 6-dan 12-dək keçiriləcək.

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30