Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Güləşçilərimiz "Zəfər" turnirini ikinci başa vurdu

Güləşçilərimiz "Zəfər" turnirini ikinci başa vurdu

02.06.2009 [09:30]

Türkiyənin İzmir şəhərində yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 12-ci dəfə keçirilən “Zəfər” turnirinə yekun vurulub. Güləş Federasiyasının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, yarışın son günü idmançılarımız daha 4 medal qazanıblar. Yunan-Roma növündə 50 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq çempion olub. O, finalda yerli idmançı İbrahim çelikeri məğlubiyyətə uğradıb. 85 kq-da Süleyman Babayev bürünc medal qazanıb. Sərbəst növdə isə 63 kq-da çıxış edən Ruslan Şükürov finaladək irəliləsə də, həlledici görüşdə Türkiyə güləşçisi Mustafa Kayaya uduzub və 2-ci yeri tutub. Eyni sözləri 85 kq-da çıxış edən Elcan Usubzadəyə də aid etmək olar. O, finalda rus Albert Tsipinova məğlub olub.
Azərbaycan yığması komanda hesabında güləşin yunan-Roma növündə 63 xalla 2-ci, sərbəst növdə isə 67 xalla 3-cü olub.

Paylaş:
Baxılıb: 1299 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30