Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramına qeydiyyat başlayıb
06.12.2016 [09:44]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramı üçün dekabrın 5-də qeydiyyat prosesinə start verib.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla keçirilməsinə töhfə vermək istəyən, yaşı 21-dən çox olan hər kəs yaşayış yerindən asılı olmayaraq, marşal proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar Bakıda keçiriləcək Formula-1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı əldə edəcəklər.
Formula-1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təsdiq etdiyi sertifikat təqdim olunacaq. Bu sertifikat marşallara, təkcə Azərbaycanda deyil, Formula-1 üzrə Qran-pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.
BŞH-nin idman əməliyyatları şöbəsinin və BMK-nın rəhbəri Çingiz Mehdiyev marşal proqramına qoşulmaq istəyənləri tezliklə qeydiyyatdan keçməyə çağıraraq deyib: “Biz bu il Bakıda mükəmməl bir yarışa uğurla ev sahibliyi etdik. Marşallarımız öz məsuliyyət və bacarıqları ilə yarışın yüksək səviyyədə təşkilinə böyük töhfə verdilər. Yarışdan sonra bizə minlərlə müraciət daxil oldu və hamı marşal kimi növbəti mövsümü səbirsizliklə gözlədiklərini bildirdi. Biz çoxsaylı müraciətləri nəzərə alaraq, yeni mövsüm üçün marşalların seçim kampaniyasına start verdik. Proqrama qoşulmaq istəyənlər fevralın 1-dək müvafiq sistem (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

