AZAL ilə “Bakı-2017” Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlığa dair Saziş imzalanıb
31.03.2017 [09:42]
Martın 30-da “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlığa dair Saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava Yolları aviaşirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi tərəfdaşı olub. Saziş “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd tərəfindən imzalanıb.
Daha sonra tərəflər arasında sazişin imzalanmasına dair mətbuat konfransı keçirilib.
Mətbuat konfransında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd mötəbər idman tədbirlərində aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək AZAL şirkətinin Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, çox böyük nüfuza və güvənə malik olan “Azərbaycan Hava Yolları” QSC-nin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olması çox böyük önəm kəsb edir. Oyunların təbliği işlərində də AZAL mühüm rol oynayacaq.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 43 gün qalıb. 40 gündən az bir müddət ərzində isə artıq qonaqların qarşılanmasına başlanılacaq. Azərbaycan Hava Yolları bu mötəbər tədbirdə mühüm mövqe tutur. Onlar həm qonaqları qarşılayaraq ilkin təəssürat yaradacaq, həm də yola salarkən qonaqların xoş təəssüratına yekun vuracaqlar. Bizim də məhz AZAL ilə tərəfdaş olmağımızda səbəb qonaqlarda ölkəyə gələrkən ilk xoş təəssüratı yaratmaqdır. Azərbaycan Hava Yolları aviaşirkəti coğrafi məkanda çoxşaxəli uçuşlar həyata keçirir. Gələn qonaqlara yüksək səviyyəli xidmət göstərmək, təhlükəsiz uçuşlar həyata keçirmək üçün AZAL ən ideal aviaşirkətdir”, - deyə M.Loynd vurğulayıb.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir: “Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur hissi duyuruq. Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”.
E.Hacıyev qeyd edib ki, sazişə əsasən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Azərbaycan Hava Yollarının infrastrukturundan istifadə etmək hüququna malikdir.
Qeyd edək ki, İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017” bu il mayın 12-22-də Azərbaycan paytaxtında keçiriləcək. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (23 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə yarışlarda mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34

