Heydər Əliyev Fondu “Bakı Marafonu-2017”nin iştirakçılarına və sponsorlarına təşəkkür edib
02.05.2017 [10:07]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da keçirilən “Bakı Marafonu-2017” kütləviliyi, maraqlı məqamları ilə yadda qaldı.
Marafona qoşulan 13 mindən çox iştirakçı həmrəylik, sağlam həyat tərzi ideyalarına dəstək verdi. Belə ki, marafon idmanın inkişafına dəstək göstərməklə yanaşı, sağlam həyat tərzinin təbliği, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək, pozitiv enerji yaratmaq baxımından vacib rol oynayır.
Budəfəki marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən 600-dək nümayəndə iştirak etdi, eləcə də tələbələr fəallıqları ilə seçildi.
Artıq ikinci ildir keçirilən Bakı Marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
“Bakı Marafonu-2017” həm də bir çox təşkilatları öz ətrafında birləşdirdi. Yarışa respublikada fəaliyyət göstərən 60-dan artıq təşkilat və şirkətin təmsilçiləri qoşuldular.
Eyni zamanda, bir sıra təşkilat və şirkətlər marafonun tərəfdaş və sponsorları oldu: Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, Regional İnkişaf İctimai Birliyi, “GreenCar”, “Azər Türk Bank”, “GoSport”, “Türk Hava Yolları”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo”, “Ernst & Young”, “Kontakt Home”.
Marafona qeydiyyat və hazırlıq prosesində sponsor şirkətlər onlar üçün ayrılmış həftələrdə müxtəlif müsabiqələr keçirib və qalibləri mükafatlandırıb.
Qeydiyyatdan keçən iştirakçılar üçün hər həftənin şənbə günü “Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında təlim məşqləri təşkil olunub.
Qeyd edək ki, “Bakı Marafonu-2017”nin qalibləri iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yeri tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
“Azər Türk Bank” 1-ci pillədən 10-cu pilləyədək qərarlaşan 20 iştirakçını mükafatlandırıb. Hər iki kateqoriya üzrə ilk üçlükdə yer tutan marafonçulara “Visa Infinite”, digər iştirakçılara isə “MasterCard Platinum” kartları təqdim olunub.
Bundan əlavə, kişi və qadınlar arasında 4 və 5-ci yerləri tutan 4 nəfərə “Türk Hava Yolları” tərəfindən Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə edilib.
Altıncı pillədə qərarlaşan marafonçuları “Huawei” şirkəti mükafatlandırıb. 7-ci və 8-ci yerin sahiblərinə isə “Coca Cola” şirkəti velosipedlər hədiyyə edib.
Eyni zamanda, 2016-cı ildə keçirilmiş ilk Bakı Marafonunun kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənən 9 jurnalist mükafatlandırılıb. Azərbaycan Televiziyası, “Azad Azərbaycan” və “Lider” televiziyalarının, “Trend” informasiya agentliyinin əməkdaşlarına “Kontakt Home” mağazalar şəbəkəsi “İphone 7” telefonu təqdim edib. İctimai Televiziya, CBC, “Xəzər” televiziyalarının, AZƏRTAC və “1news” informasiya agentliklərinin nümayəndələrini isə SMG velosipedlərlə mükafatlandırıb.
Heydər Əliyev Fondu “Bakı Marafonu-2017”nin bütün iştirakçılarına, o cümlədən yarışın təşkilində göstərdikləri dəstəyə görə tərəfdaş və sponsorlara təşəkkür edib.
Qeyd edək ki, bu ilin sentyabrından “Bakı Marafonu-2018”ə hazırlıqlar başlanacaq.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

