Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu start götürür
03.05.2017 [08:39]
Builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir
Son illər silsilə beynəlxalq tədbirlərinin, həmçinin nüfuzlu idman yarışlarının keçirildiyi məkan kimi tanınan Azərbaycan daha bir mötəbər turnirə ev sahibliyi edir. Belə ki, bu gün Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu start götürür. Bu barədə dünən Respublika Velotrekində keçirilən mətbuat konfransında məlumat verilib.
Veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovun və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hoferin iştirak etdiyi mətbuat konfransında builki yarışda 18 ölkədən 22 komandanın mübarizə aparacağı qeyd olunub.
Veloturun Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” barədə ətraflı məlumat verərək bildirib ki, yarış gözəl idman tədbiri olmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır: “Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur”.
Sahib Ələkbərov əlavə edib ki, “Tour d’Azerbaidjan-2017” veloturu ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək.
Onun sözlərinə görə, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir: “İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb”.
Sahib Ələkbərov Azərbaycanın “Synergy Baku” klubunun güclü və ümidverici velosipedçilərdən ibarət olduğunu da deyib.
Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən yarışın texniki direktoru R.Hofer ölkəmizdə velosiped idmanının günü-gündən inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib: “Bunun nəticəsidir ki, ölkə 2018-ci ildə velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu da ölkənin dünya velosiped aləmində mövqelərinin getdikcə güclənməsinin bariz nümunəsidir”.
“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun əvvəlki illərdə oluğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən R.Hofer qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22

