“Hər bir idmançımıza böyük ümidlər bəsləyirik”
03.05.2017 [08:40]
Firdovsi Umudov: Sərbəst güləş üzrə yığma komandamız IV İslam Həmrəyliyi Oyunları ilə bağlı gərgin təlim-məşq prosesi keçib
Məlum olduğu kimi, bir neçə gündən sonra paytaxtımız - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Yüksək səviyyəli hazırlıq tədbirlərinin görülməsi bu idman yarışının da böyük bir bayrama çevriləcəyindən xəbər verir. Müxtəlif idman növləri üzrə idmançılarımızın qatılacağı bu Oyunlarda sərbəst güləşçilərimiz də öz güclərini sınayacaqlar. Sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov qəzetimizə müsahibəsində pəhləvanlarımızdan mühüm uğurlar gözlədiklərini bildirib.
- Firdovsi müəllim, Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına az vaxt qalır. Ümumiyyətlə, bu yarışla bağlı fikirlərinizi öyrənmək istərdik?
- İslam Həmrəyliyi Oyunları reqlamentə əsasən hər dörd ildən bir keçirilən beynəlxalq idman turniridir. Bilindiyi kimi, bu turnirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin idmançıları güclərini sınayırlar. İlk yarışlar 2005-ci ilin aprel ayında İslam dininin müqəddəs şəhərlərindən sayılan Məkkə şəhərində keçirilib. Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi bu idman bayramında İƏT üzvü olan 55 ölkənin 6 min idmançısı iştirak edib. 2010-cu ildə Tehranda keçirilməsi planlaşdırılan yarışın ləğvinin ardından 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində reallaşan III İslam Həmrəyliyi Oyunlarına 44 ölkədən 1769 idmançı qatılıb. IV İslam Həmrəyliyi Oyunları da bir neçə gündən sonra ölkəmizdə reallaşacaq. Bakıda keçiriləcək idman bayramı istər idman növlərinin, istərsə də idmançıların sayına görə fərqlənir. Yarışda iştirak edəcək 6 min idmançı 21 idman növü üzrə mübarizə aparacaq. 10 gün ərzində, yəni mayın 12-dən 22-nə qədər Bakı Olimpiya Stadionu, Bakı Kristal Zalı, Milli Gimnastika Arenası, Su polosu arenası və digər idman qurğularımız öz qapılarını idman həvəskarlarının üzünə açacaq.
Qeyd edilməlidir ki, buna qədər ölkəmizdə müxtəlif miqyaslı yarışlar baş tutub. 2015-ci ildə paytaxtımızda keçirilən birinci Avropa Oyunlarının ardından ən böyükmiqyaslı yarış məhz İslam Həmrəyliyi Oyunlarıdır. Bu fakt özündə bir sıra mühüm məqamları birləşdirir. Ard-arda Avropa və İslam Oyunlarına ev sahibliyi etməklə Azərbaycan dünyada dinlərarası, sivilizasiyalararası inteqrasiyanın daha da güclənməsində əhəmiyyətli yer tutduğunu bir daha təsdiqləyir. Ölkəmiz İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verməkdədir. Bu 10 gün ərzində idmançıların sağlam mübarizəsi İslam dünyasının birliyinə, inteqrasiyasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
- Qeyd etdiyiniz kimi, ölkəmiz bir sıra mühüm idman tədbirlərinə uğurlu ev sahibliyi edib. IV İslam Həmrəyliyi Oyunlarının məhz Bakıda keçirilməsinə qərar verilməsində ölkəmizdə müasir idman qurğularının mövcudluğu, eləcə də idmana göstərilən diqqət və qayğının rolu nə dərəcədədir?
- Təbii ki, bu amillər böyük əhəmiyyət daşıyır. Ölkəmizdə İslam Həmrəyliyi Oyunlarına qədər bir sıra mühüm yarışlar keçirilib. Fərqli idman növləri üzrə dünya və Avropa çempionatları, qitə kuboku yarışları, dünya kuboku və qran-pri yarışları buna misaldır. Əlbəttə ki, bu yarışların sırasında birinci Avropa Oyunlarının xüsusi yeri var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin uğurlu fəaliyyəti bu yarışın ən yüksək səviyyədə keçməsinə imkan yaratdı. Bu gün də Avropanın hər bir nöqtəsində birinci Avropa Oyunları haqda həsədlə danışırlar. Bu yarış ölkəmizin dünyaya tanıdılmasında əsaslı rol oynadı.
Bir fakta diqqət çəkmək istərdim ki, Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Bununla yanaşı, kiçiktutumlu məşq zalları, paytaxt və ona yaxın ərazilərdə böyük idman arenaları inşa olunub. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət olduqca böyükdür. Bu gün Olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində yeni standartlarla məşq edirlər. Bu baxımdan, bütün məsuliyyətimizlə Azərbaycanda idmanın yüksək sürətlə inkişaf etdiyini deyə bilərik. Bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya hərəkatında əhəmiyyətli uğurlara imza atmasının rolu çox böyükdür. Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib. Azərbaycan qısa müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Eləcə də İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın idman ölkəsi kimi tanınmasında böyük rol oynayacağına əminəm. Yarışlar nəinki Azərbaycanın, deyərdim ki, Cənubi Qafqazın ən gözəl, müasir idman qurğularında baş tutacaq. Bu gün ölkəmizdə belə böyükmiqyaslı yarışların keçirilməsi üçün hər cür şərait var. Həmin idman infrastrukturları istər tamaşaçı tutumuna görə, istərsə də idmançıların rahatlığının təminatına görə əlverişlidir. Mən deyərdim ki, bu gün ölkəmizin bir sıra bölgələrində belə yarışları qəbul etmək üçün şərait mövcuddur. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə tikilən Olimpiya və Parolimpiya mərkəzləri, idman sarayları, zallar bölgələrdə yarışların keçirilməsinə imkan verir. Məsələn, hələ Avropa Oyunlarında bir sıra yarışlar Mingəçevir şəhərində baş tutmuşdu. Bu mənada, Azərbaycan hazırda dünyanın ən yüksək idman strukturlarına malik ölkələrindən birinə çevrilib. Bu da IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçəcəyini indidən deməyə əsas verir.
- Azərbaycan idmançıları, konkret olaraq sərbəst güləşçilərimiz bu yarışlara necə hazırlaşırlar?
- Hazırlıq prosesi çox yüksək səviyyədə aparılır. Öncə qeyd edim ki, sərbəst güləş üzrə yığma komandamız bu yarışla bağlı gərgin təlim-məşq prosesi keçib, öncə Bakıda, daha sonra Rusiyanın Kislavodsk şəhərində məşq edib. Hazırda məşqlər paytaxtımızda davam edir. Sərbəst güləşçilərimiz son aylarda çox sıx bir təqvimə malik olublar və bir sıra mühüm yarışlarda öz güclərini sınayıblar. Qarşıda da bizi yarışlar gözləyir. Mayın 2-7 arası Avropa çempionatına qatılacağıq. Mayın 17-21-i isə IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarına start veriləcək. Güləş yarışları Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Bir məqamı da vurğulayım ki, Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb. Sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib. Bu, olduqca böyük bir uğurdur. Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Gələcək yarışlarda, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan qələbələr idmançılarımızın reytinq cədvəlində daha da irəliləməsinə şərait yaradacaq.
Qeyd etdiyim kimi, IV İslam Həmrəyliyi Oyunlarına qədər sərbəst güləşçilərimiz gərgin məşq və sınaq prosesi keçiblər. Ümumiyyətlə, sərbəst güləş yığmamız bu yarışda 8 çəki dərəcəsində təmsil olunacaq. Hər bir idmançımıza böyük ümidlər bəsləyirik və inanırıq ki, hər zaman olduğu kimi, bu yarışda da bayrağımızı yüksək zirvələrə ucaldacağıq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

