“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib
04.05.2017 [09:41]
Turun ilk mərhələsinin qalibi İsrailin Pro-kontinental “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim olub
Dünən Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” veloturuna start verilib. İlk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər.
150 km məsafəni hamıdan tez İsrailin Pro-kontinental “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim keçib - 3 saat, 4 dəqiqə, 11 saniyə. Latviyanın kontinental “Rietumu Banka-Riga” komandasının təmsilçisi Emils Liepins və İtaliyanın Pro-Kontinental “Nippo Vini-Fantini” klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni vaxt göstəricisinə imza atsalar da, fotofinişə əsasən 2-3-cü yerləri tutublar. Azərbaycanın kontinental “Synergy Baku” komandasının üzvlərinin hamısı marşrutu ümumi pelotonda başa vurublar.
Mərhələ qalibiyyəti Mikel Raimi həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o, mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, Raim aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb.
Mərhələnin ən yaxşı dağ velosipedçisi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitaliy Buts olub və o, qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb. ABŞ-ın Pro-kontinental “Novo Nordisk” klubunun təmsilçisi Mehdi Benhamuda isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təltif ediblər. Bundan başqa, Zakir Fərəcov mərhələ qalibini və Azərbaycanın “Synergy Baku” komandasını xüsusi xatirə hədiyyələri ilə təltif edib.
Məlumat üçün bildirək ki, mayın 4-də yarışın 2-ci mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar paytaxt Bakıdan İsmayıllıyadək olan 187 km məsafəni qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

