/ / “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçünçü mərhələsinin qalibi Avstriyanın “Amplatz BMC” komandasının şərəfini qoruyan Matey Müqerli olub
“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçünçü mərhələsinin qalibi Avstriyanın “Amplatz BMC” komandasının şərəfini qoruyan Matey Müqerli olub
06.05.2017 [12:04]
“Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov isə ümumi təsnifatda liderliyini qoruyub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçüncü mərhələsinə yekun vurulub. 2.1 kateqoriyalı yarışın 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan sonra Azərbaycanın Elit yığması və “Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub.
Mərhələ qalibi isə bizə yaxşı tanış olan, “Synergy Baku”nun keçmiş üzvü, hazırda Avstriyanın “Amplatz BMC” komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub - o, məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub. Xatırladaq ki, Matey Müqerli ötən il “Synergy Baku”nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim və Ukraynanın “Kolss” komandasının təmsilçisi Vitaliy Buts qaliblə eyni vaxt göstəricisinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər.
“Synergy Baku”nun üzvlərinə gəlincə, Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14-cü və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o, mavi rəngli “Synergy” köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın “Kolss” komandasının üzvü Oleksandr Polivodanı 39 saniyə qabaqlayır.
Aralıq sprintlərində hamıdan çox xal toplayan “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyi Ukraynanın “Kolss” komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın “Team Sauerland NRW p/b Henley & Partners” klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təltif edib.
Mükafatlandırmadan sonra KİV-ə açıqlama verən Matey Müqerli “Dünənki mərhələ çox çətin oldu və hamı yoruldu. Bu gün isə çox maraqlı mübarizə baş tutdu. Yaxşı komandamız var, birgə işlədik və gücümüzü tam ortaya qoyduq. Finişə 200 metr qalmış 1-ci yeri tutmaq üçün əlimdən gələni etdim və istəyimə nail oldum. Artıq 4-cü dəfədir burda yarışıram. Bu da marşrutu əzbər bilməyimə kömək edir. “Synergy Baku mənim üçün doğmadır, çünki uzun müddət bu komandanın üzvü olmuşam” deyib.
Kiril Pozdnyakov isə bildirib ki, “bugünkü mərhələ dünənkinə nisbətən çox rahat keçdi. Komandama uğurlu çıxışa görə minnətdaram. Düzdü, komanda üzvlərimizlə hərdən bir-birimizlə məsafəmiz artırdı, amma bir-birimizə kömək edə bilirdik”.
Mayın 6-da velosipedçilər yarışın ən çətin dağ mərhələsində mübarizə aparacaqlar. İştirakçılar bu dəfə saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət edəcəklər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolaylarının marşruta əlavə edilməsi dağ mərhələsinə olan marağı daha da artırıb. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

