Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Təsəlliverici görüşlərdə Pakistan və Azərbaycan yığmaları qalib gəlib

Təsəlliverici görüşlərdə Pakistan və Azərbaycan yığmaları qalib gəlib

13.05.2017 [11:07]

Mayın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında təsəlliverici görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yeddinci və səkkizinci yerlər uğrunda Pakistan və İordaniya komandaları mübarizə aparıblar. Görüşdə 33:31 hesabı ilə üstün olan Pakistan yığması yarışı yeddinci, İordaniya kollektivi isə sonuncu - səkkizinci yerdə tamamlayıb.
Beşinci və altıcı yerlər uğrunda qarşılaşma isə Azərbaycan və Mərakeş kollektivləri arasında oynanılıb. Azərbaycan həndbolçuları İslamiadada ikinci qələbələrini qazanıblar - 31:25. Bununla da komandamız turniri beşinci pillədə başa vurub. Mərakeş kollektivi isə altıncı yerlə kifayətlənməli olub.
Həndbol üzrə yarımfinal görüşləri mayın 13-də keçiriləcək.

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30