Azərbaycan karateçiləri “Bakı-2017”də beş qızıl, iki gümüş və üç bürünc medal qazanıblar
16.05.2017 [09:28]
IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarının ikinci günündə - mayın 14-də Bakı İdman Sarayında idmançılar kumite və kata üzrə mübarizə aparıblar. Yarışların ikinci və sonuncu günündə karateçilərimizdən İrina Zaretska, Ayxan Mamayev və Roman Heydərov qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, kumite yarışlarında qadınlardan Azərbaycanı İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil ediblər. Karatenin kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlarda Neda Rezei, kişilərdə isə Roman Heydərov olub.
Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. O, finalda türkiyəli Eda Eltemuru 3:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalına yiyələnib. Bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traiş sahib çıxıblar.
Kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Ayxan Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Bürünc medalları özbəkistanlı Əbdüləziz Ataboyev və misirli Muhammed Elkotbu əldə ediblər.
Kata yarışlarında Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib. Roman Heydərov finalda türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalına yiyələnib. Bu yarışlarda bürünc medalları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.
Kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva yarışa dörddəbir finaldan qoşulub. O, bu mərhələdə rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub. İdmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olaraq “Bakı-2017”nin gümüş medalını qazanıb. Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei əldə ediblər.
Kumite yarışlarında Azərbaycan idmançısı Asiman Qurbanlı dörddəbir finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. Asiman Qurbanlı bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamediyə 4:2 hesabla qalib gəlib. Bu çəki dərəcəsində qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə Türkiyə təmsilçisi Enes Erkan qazanıb.
Xatırladaq ki, karateçilərimiz yarışın birinci günündə - mayın 13-də beş medal əldə ediblər. Medallardan ikisi qızıl, biri gümüş, ikisi isə bürünc olub. Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal əldə ediblər.
Bununla da Azərbaycan karateçiləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını beş qızıl, iki gümüş və üç bürünc medalla başa vurublar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22

