Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Stolüstü tennisçilərimiz fərdi yarışlarda 1 gümüş və 1 bürünc medala sahib olublar

Stolüstü tennisçilərimiz fərdi yarışlarda 1 gümüş və 1 bürünc medala sahib olublar

20.05.2017 [08:08]

Mayın 19-da İslamiadada qadınlar və kişilər arasında stolüstü tennis üzrə fərdi yarışlara yekun vurulub. Azərbaycanın qadın idmançıları yarışları bir gümüş və bir bürünc medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, qadınların fərdi yarışının finalında Türkiyə təmsilçisi Melek Huya uduzan Azərbaycan idmançısı Zinq Ninq gümüş medalla kifayətlənməli olub. Digər tennisçimiz Miao Vanq isə üçüncü yer uğrunda oyunda iranlı Nedə Şahsavari üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.
Kişilərin fərdi yarışının final görüşündə İran təmsilçiləri Darunk Alamiyan və Deronk Alamiyan qarşılaşıblar. Deronk Alamiyan qalib gələrək qızıl medala sahib olub. Bürünc medal uğrunda görüşdə isə Qətər təmsilçisi Li Pinq Türkiyə tennisçisi Ahmed Liyə qalib gəlib.
Qalib idmançılara medalları Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev və Beynəlxalq Stolüstü Tennis Federasiyasının nümayəndəsi Abdulla Al Mulla təqdim ediblər.
Mayın 20-də kişilər və qadınlar arasında stolüstü tennis üzrə komanda yarışlarına start veriləcək. Stolüstü tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 1236 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30