Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib
25.08.2017 [10:09]
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə minimal hesabla qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun sürətli hücumlarla başlayıb. Matçın 4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Dino Ndlovuna qarşı kobud oyuna görə hakim “Kopenhagen”in heyətində Maykl Lüftnerə sarı vərəqə göstərib. Oyunda ilk təhlükəli vəziyyət matçın 9-cu dəqiqəsində qeydə alınıb. Ev sahiblərinin sol cinahdan başlatdıqları hücumdan sonra “Qarabağ”ın qapısı qarşısına ötürülən topa hücumçulardan heç biri çata bilməyib. Bir dəqiqə sonra isə Benqstonun güclü zərbəsi Maksim Medvedevə toxunaraq qapıdan yan keçib.
Oyunun 11-ci dəqiqəsində ağdamlıların heyətində zədələnən Donald Geryeni Əfran İsmayılov əvəzləyib. Qarşılaşmanın 16-cı dəqiqəsində “Qarabağ” futbolçularının hücumunu Qara Qarayev güclü zərbə ilə tamamlasa da, top qapının üstündən keçib. Oyunun 32-ci dəqiqəsində danimarkalıların sol cinahdan hücumundan sonra Verbiçin güclü zərbəsini qapıçı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun səhvindən sonra topa sahib olan Kuskun zərbəsi qapıdan bir qədər aralı keçib. Bir dəqiqə sonra İ.Şehiç danimarkalıların hücumu nəticəsində yaranan təhlükəni sovuşdura bilib.
Matçın 44-cü dəqiqəsində kobud oyuna görə hakim Miçelə sarı vərəqə göstərib. Danimarkalılar bu fürsətdən istifadə edərək hesabı açıblar. Matçın birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək komandasını hesabda irəli çıxarıb - 1:0.
İlk hissə bu hesabla başa çatıb.
Ağdam klubu ikinci hissəyə sürətli hücumlarla başlayıb və bu oyunun tempini xeyli artırıb. “Qarabağ” ikinci hissədə ilk təhlükəli vəziyyəti matçın 53-cü dəqiqəsində yaradıb. Ansi Aqollinin qüvvətli zərbəsini “Kopenhagen”in qapıçısı dəf edə bilib. Görüşün 57-ci dəqiqəsində Aqollinin hava ötürməsindən sonra Miçelin başla güclü zərbəsini qapıçı Olsen çətinliklə uzaqlaşdıra bilib. Oyunun 58-ci dəqiqəsində isə Miçelin başla endirdiyi zərbədən sonra top qapının üstündən keçib.
Hesabı bərabərləşdirmək üçün təzyiqi daha da artıran ağdamlılar istəklərinə matçın 63-cü dəqiqəsində nail olublar. Ansi Aqollinin ötürməsindən sonra rəqibin cərimə meydançasında topu ram edən Dino Ndlovu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib - 1:1. Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yenidən hesabda irəli çıxıblar. Ankersonun hava ötürməsini Pavloviç başla dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb - 2:1.
Görüşün 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçuları ev sahiblərinin qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaradıblar. Lakin Dino Ndlovunu ötürməsindən sonra Miçelin zərbəsi bir qədər dəqiq olmayıb. Üç dəqiqə sonra ev sahiblərinin təhlükəli hücumu zamanı Verbiçin vurduğu top qapıdan bir qədər aralı keçib. Oyunun son dəqiqələrində topa nəzarətə tamamilə ələ keçirən “Kopenhagen” komandası bütün cəhdlərinə baxmayaraq, “Qarabağ”ın müdafiə xəttini yara bilməyib. Beləliklə, matç 1:2 hesabı ilə “Kopenhagen”in xeyrinə başa çatıb. Bakıda keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərdə vurduğu qol sayəsində iki oyunun nəticəsinə görə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da “Qarabağ” Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.
Qeyd edək ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar Liqasında isə 60-cı oyunu olub.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

