Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Bakıda böyük coşqu ilə qarşılanıb

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Bakıda böyük coşqu ilə qarşılanıb

25.08.2017 [10:12]

Avqustun 23-də Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə cavab qarşılaşmasında sərfəli nəticəyə nail olaraq bu mötəbər turnirin qrup mərhələsinə yüksəlməsi Bakıda böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, əllərində Azərbaycan Respublikasının və “Qarabağ” klubunun bayraqlarını tutan şəhər sakinləri gecə boyunca bu böyük uğuru böyük coşqu ilə qeyd ediblər.
Qeyd edək ki, avqustun 15-də Bakıda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Səfər oyununda isə 1:2 hesabı ilə məğlub olan ağdamlılar rəqib meydanında vurduqları qol sayəsində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

Paylaş:
Baxılıb: 1334 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30