“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin beş könüllüsü Formula-1 İtaliya Qran-Prisini izləyib
07.09.2017 [10:13]
Bu il Bakıda uğurla keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdikləri hərtərəfli biliyə, həmçinin yarış zamanı göstərdikləri yüksək fəallığa görə seçilən 5 könüllü “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada Qran-Prisini izləyib.
AZƏRTAC xəbər verir ki, fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran-Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib. Yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, Formula-1 Avropa və Azərbaycan Qran-priləri, ümumilikdə Formula-1 tarixinə dair test üsulu ilə imtahanda iştirak ediblər.
Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə göstərərək müsabiqənin qalibləri adına yiyələniblər.
Könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran-Pri yarışını tribunada canlı izləyib, həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olublar.
BŞH-nin icraçı direktoru Arif Rəhimov bildirib: “Azərbaycan Qran-Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Könüllülük inkişafa gedən yolda ilk addımdır. İnanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaq”.
BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova gələcək yarışların könüllülərini daha fəal olmağa çağırıb. Qeyd edib ki, builki yarışa hazırlıq çərçivəsində könüllülərin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırlanıb və yüksək səviyyədə həyata keçirilib. Könüllülərin inkişafı qarşıda duran ən vacib məsələlərdən biridir və bu ənənə növbəti illərdə də intensiv şəkildə davam etdiriləcək.
Şirkətin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov vurğulayıb ki, BŞH könüllülərin inkişafına prioritet məsələ kimi yanaşır. Bu məqsədlə cari ildə könüllülərin İtaliya Qran-Prisinə səfəri təşkil olunub. Həmin yarışda könüllülər digər Qran-prilərin necə təşkil olunduğunu görür, bizdə həyata keçirilən Qran-Pri ilə müqayisə etmək imkanı əldə edirlər. Könüllülərin fərdi inkişafı istiqamətində layihələrimiz gələcəkdə də davam edəcək.
Könüllü Emin Əlizadə könüllülüyün onun həyatında mühüm rol oynadığını diqqətə çatdıraraq deyib: “İtaliya Qran-Prisi Montsa şəhərində təşkil olunmuşdu. Ancaq biz Milanda qalırdıq. Qran-pri sayəsində həm Milan, həm də Montsa şəhərlərini görmək imkanı əldə etdik. “Ferrari” komandasının azarkeşləri ilə birgə yarışı izləmək çox həyəcanverici idi. Yarış zamanı bir çox fəaliyyətlərdə də iştirak etdik. Səfərimiz olduqca maraqlı keçdi. Bizə yaratdıqları şəraitə görə, BŞH-yə təşəkkürümü bildirirəm”.
Ötən il Avropa Qran-prisində könüllü kimi təcrübə qazandığını bildirən könüllü Səkinə Qəhrəmanzadə cari ildə təşkil olunan yarışda ofis könüllüləri arasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, iki il ərzində zəngin təcrübə əldə etmişəm. Bunun nəticəsində İtaliyaya səfər imkanı qazandım. Əminəm ki, bu təcrübə mənim gələcək karyerama öz müsbət təsirini göstərəcək.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21

