Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyasında iştirak edəcək

31.10.2017 [09:56]

Oktyabrın 31-dən noyabrın 4-dək Çexiyanın paytaxtı Praqada Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev və Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.
Tədbir çərçivəsində adıçəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyasının iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.
Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya komitələrini birləşdirən qurumdur. Hər il bu təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimi keçirilir. Burada qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançıları seçilir.
Xatırladaq ki, 22-ci Baş Assambleyada növbəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 23-ci Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.

Paylaş:
Baxılıb: 1238 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30