Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib

Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib

06.03.2018 [10:23]

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə təbriklərini çatdırıb. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.
Sonra Azad Rəhimov Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, basketbol üzrə Əməkdar Məşqçi Elxan Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib.
E.Əliyev onun fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirib.
Daha sonra 16 mütəxəssis Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 8 mütəxəssis respublika dərəcəli hakim, 9 nəfər Əməkdar İdman Ustası, 31 nəfər Əməkdar Məşqçi adı ilə təltif olunub.

Paylaş:
Baxılıb: 1455 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30