Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bakıda BMX üzrə dünya çempionatının ikinci günündə 12 yaş kateqoriyasında qaliblər müəyyənləşib

Bakıda BMX üzrə dünya çempionatının ikinci günündə 12 yaş kateqoriyasında qaliblər müəyyənləşib

07.06.2018 [09:16]

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci günündə - iyunun 6-da yeniyetmə idmançıları arasında “Challenge” yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 12 yaş kateqoriyasında qaliblər müəyyənləşib.
Oğlanlar arasında 7 kateqoriyada təşkil olunan yarışlarda 5-6 yaşlı velosipedçilərin mübarizəsində ABŞ idmançısı Keyn Şultheys birinci olub. Latviyalı Marks Svalkovskis çempionatı ikinci, Macarıstan təmsilçisi Naszados Saba üçüncü pillədə başa vurublar.
Yeddi yaşlı oğlanların mübarizəsində də ABŞ idmançısı fərqlənib. Cozef Mather bütün rəqiblərini qabaqlamağı bacarıb. Rusiyalı Artyom Stolyarov və Avstraliya velosipedçisi Harley Bradşav ilk üçlüyü tamamlayıblar.
Çempionatda 8 yaşlıların yarışında braziliyalı Lukas Kardoso Darriba birinci olub. Böyük Britaniya təmsilçiləri Ceyms Klitheroe və Harrison Şofild müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
Doqquz yaşlı idmançıların mübarizəsində avstraliyalı Fraser Vauqan birinci, niderlandlı Deon Qurman ikinci, fransalı Lukas Çaudun üçüncü olublar.
Mundialda 10 yaşlıların mübarizəsində ilk üçlükdə Avstraliya idmançıları - Tama Onekava, Bailey Mills və Kayn Baird yer alıblar.
ABŞ təmsilçisi Kol Frederik 11 yaşlıların yarışında qalib gələrək çempion olub. Latviyalı Kristers Apels ikinci, Niderland velosipedçisi Maddoks Van Din üçüncü yeri tutublar.
On iki yaşlı velosipedçilərin mübarizəsində ABŞ idmançısı Ronni Kim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Braziliya təmsilçiləri Lukas Moresko Zimmerman ikinci, Tales Lauffer Şuler isə üçüncü yeri tutub.
Qızlar arasında 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada fərqlənib. Boliviyalı Mariana Aquilera Kollazos çempionatı ikinci, Yeni Zelandiya təmsilçisi Meq Kannon üçüncü pillədə başa vurublar.
Doqquz yaşlıların mübarizəsində Qvadalupe Palasios Palomeque fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fransalı Alissa Dard və Niderland velosipedçisi Lieke Van Der Aa ilk üçlüyü tamamlayıblar.
Çempionatda 10 yaşlıların mübarizəsində ABŞ idmançısı Taylor Sprat birinci olub. Böyük Britaniya təmsilçisi Elza Rendall Toss və belçikalı Maksima Breuqelmans müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
On bir yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden birinci, kolumbiyalı Nikole Foronda Kastro ikinci, Yeni Zelandiya velosipedçisi Lili Qrinouq üçüncü olublar.
Mundialda 12 yaşlıların mübarizəsində Latviya idmançısı Paula Kibare bütün rəqiblərindən üstün olub. Kolumbiyalı Sara İzabel Qarsia Marin yarışı ikinci, avstraliyalı Teya Rufus üçüncü yerdə başa vurublar.
Start xəttinə çıxan Azərbaycan velosipedçiləri Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mükafatçılar sırasında yer ala bilməyiblər.
Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan idmançılara medallar təqdim olunub.
Medalları və mükafatları qaliblərə Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartien, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.
İyunun 9-da yekun vurulacaq dünya çempionatının ilk günündə 14 yaş kateqoriyasında qaliblər bəlli olmuşdu.

Paylaş:
Baxılıb: 1199 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30