“Arzum dünya və Olimpiya çempionu olmaqdır”
04.08.2018 [08:35]
Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilməsi gənc nəslin müxtəlif idman növlərinə olan marağını daha da artırır, onların gələcəkdə peşəkar idmançı olmaq əzmini inkişaf etdirir.
Yaşının azlığına baxmayaraq artıq uzun müddətdir idmanla məşğul olan Əli Əhməd oğlu Mahmudov da gələcəkdə tanınmış idmançı olmaq üçün əzmlə çalışan və indidən uğurlara imza atan yeniyetmələrdəndir. Əslən Cəbrayıldan olan Əli 2009-cu ildə Bakıda anadan olub. Dərs əlaçısıdır. “Cənub” İdman Klubunda taekvondo idman növü ilə məşğul olur. İdmana böyük həvəsi olan Əli 2 il Astara şəhərində qarışıq döyüş sənəti (MMA) ilə məşğul olub və 30 aprel 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına həsr edilmiş MMA döyüş növləri üzrə 8-9 yaş 20 kq çəki dərəcəsində 2-ci yerin qalibi olub.
2017-ci il Əlinin həyatında uğurlar ili kimi yadda qalıb. Belə ki, 2017-ci ildə 7-9 yaş arası 21 kq çəkidə Əli Mahmudov müxtəlif yarışlarda dəfələrlə ikinci və üçüncü yerlərə layiq görülüb.
Əli 22 oktyabr 2017-ci ildə Bakılı Taekvondo Klubunun yaranmasında böyük əməyi olan Mübariz Hacıyevin xatirəsinə həsr olunmuş açıq birincilikdə iştirakının və ilk üçlükdə yer almasının xüsusilə yaddaqalan olduğunu vurğulayır.
İdmançının ötənilki uğurlarını builki müvəffəqiyyətləri davam etdirir. Əli 20 yanvar 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş taekvondo idman növü üzrə Abşeron rayonunun 2-ci açıq birinciliyinin 21 kq çəki dərəcəsində ikincisi olub. Bu ilin fevralında və mayında keçirilən Bakılı Taekvondo Klubunun kəmər imtahanı və Pumse yarışında III yerin sahibi olub.
Taekvondoya hələ lap kiçik yaşlarından maraq göstərdiyini deyən Əli bu Koreya döyüş sənətinin tarixi ilə də maraqlandığını, internetdən bununla bağlı maraqlı məlumatlar əldə etdiyini bildirdi.
Yeniyetmə taekvondoçunun gələcəklə bağlı böyük arzuları var. Əli dərslərinə də çox çalışdığını və gələcəkdə ali təhsil almaq arzusunda olduğunu qeyd etdi, amma gələcək karyerasını ancaq idmanda gördüyünü dedi: “Həyatımı idmansız təsəvvür etmirəm. Yarışlara qatılanda ancaq qalib olmaq, ilk üçlükdə yer almaq haqqında fikirləşirəm. Gələcəkdə peşəkar idmançı olacağam. Arzum budur ki, müxtəlif beynəlxalq yarışlarda qalib olum və Azərbaycanımızın himninin səslənməsini qürurla dinləyim. Ən böyük arzum dünya və Olimpiya çempionu olmaqdır. 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevin uğurlarını təkrarlamağı, Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasını arzulayıram. Bilirəm ki, bunun üçün hədsiz çalışmalı, çox məşq etməliyəm. İnanıram ki, insan qarşısına hədəflər qoyub çalışanda bütün istəklərinə nail olur”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

