Firdovsi Umudov: Məqsədimiz dünya çempionatında uğurla çıxış etməkdir
08.09.2018 [10:13]
Bu ilin əvvəlindən hazırlıq prosesini davam etdiririk. Əvvəlcə Qazaxıstan və Türkmənistan milli komandaları ilə birgə təlim-məşq toplanışı keçirdik. Taktikanın təkmilləşdirilməsindən öncə Qazaxda məşqlər etdik. Oradakı məşqdə Kanada millisinin bir neçə üzvü də iştirak edirdi. Qarşıda komandamızı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin mükafatı uğrunda Qran-Pri, daha sonra dünya çempionatı gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov sentyabrın 7-də yığmanın açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
F.Umudov bildirib ki, komandanın üzvləri hazırda Türkiyə millisi ilə birgə təlim-məşq toplanışındadırlar. Bundan əvvəl Türkiyədə Yaşar Doğunun xatirəsinə həsr edilmiş beynəlxalq turnir ərəfəsində də Türkiyə ilə müştərək məşqlər keçirildi. Məqsəd dünya çempionatında uğurla çıxış etməkdir.
“Artıq Belarusdakı turnirdə çıxış edəcək heyət müəyyənləşib. Bir neçə çəki dərəcələri var ki, onlara yenidən baxacağıq. Daha sonra dünya çempionatı üçün heyətimiz açıqlanacaq. Hazırda elə də ciddi zədəli güləşçimiz yoxdur. Yalnız Türkiyədəki toplanışda Toğrul Əsgərovun köhnə zədəsi özünü büruzə verdi. O, artıq bərpa prosesi keçir və zədələrdən xilas olsa yarışlarda iştirak edəcək. Əks halda, onu yığmada görə bilməyəcəyik”, - deyə F.Umudov əlavə edib.
Baş məşqçi deyib: “Bu yaxınlarda federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev ilə söhbətimiz oldu. Gələcək planlarımız çoxdur. Başlıca məqsədimiz odur ki, gənclərin, yeniyetmələrin əsas heyətlə birlikdə hazırlıq proseslərinə fikir verək. Bu gün təlim-məşq toplanışında gənclərdən ibarət milli komanda da böyüklərlə birgə məşq prosesləri keçir. Məqsədimiz odur ki, böyüklərdən ibarət əsas komandanın üzvləri “Yığmada yerimizi bərkitmişik” fikrindən uzaq olaraq rahatlıq tapmasınlar. Bu, əsla elə deyil. Yığmada hər zaman dəyişiklik baş verə bilər. Əsas hazırlığa fikir veririk. Kim özünü yaxşı tərəfdən göstərsə, yarışlarda, beynəlxalq turnirlərdə öz sözünü desə, həmin idmançılara milli komandanın qapıları açıqdır. Bu gün gənclərimiz özlərini yaxşı göstərirlər. Onlar İtaliyada keçirilən Avropa çempionatında 7 medal qazandılar. İndi isə dünya birinciliyinə hazırlaşırlar. Tokio Yay Olimpiya Oyunlarına iki il qalıb. Ola bilsin, gələn il həmin gənclərdən heyətə cəlb etdik. Lisenziya yarışlarında da çıxış edə bilərlər. Bir neçə çəki dərəcəsi var ki, həmin gəncləri orada yoxlayacağıq. Həm fiziki, həm də texniki-taktiki hazırlığı yüksək olan idmançılar və ən əsası, nizam-intizam qaydalarına əməl edən hər bir idmançı millidə öz yerini bərkidir”.
Federasiya rəhbərliyinin də bu məsələyə xüsusi diqqət yetirdiyini vurğulayan F.Umudov qeyd edib ki, istər məşqçilərdə, istərsə də idmançılarda ən birinci nizam-intizama fikir verilir. Əvəzolunmaz məşqçi və idmançı yoxdur. Kimsə bu qaydalara əməl etməsə, yığma komandada yer almayacaq. Çalışacağıq ki, qarşıdakı yarışlarda bizə göstərilən etimadı doğruldaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53

