5 mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür
05.03.2019 [09:50]
Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Son 15 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nailiyyətlər idman sahəsində də özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Yeri gəlmişkən, martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Əlavə edək ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Yeri gəlmişkən, 2018-ci ildə idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilib. Bu, çox mühüm göstərici olmaqla dövlət tərəfindən idmana göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir.
Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Ölkəmiz 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirib. Bununla yanaşı, böyük tamaşaçı auditoriyası 2017-ci ilin birinci yarısında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının həyəcanını yaşayıb. Digər tərəfdən, ölkəmiz Formula 1 yarışlarına uğurla ev sahibliyi edir. Bu il Bakıda Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi də nəzərdə tutulub. Şübhəsiz ki, gənclər arasında Avropa Oyunlarının bir növü olan bu yarışa da Azərbaycan uğurla ev sahibliyi edəcək. Bundan başqa, bu il tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək. Bu görüşün Bakıda keçirilməsi təsadüfi xarakter daşımır. Heç şübhəsiz, Azərbaycanın ümumi inkişafı, yüksək səviyyəli infrastruktura sahib olması, ölkəmizdəki etibarlı sabitlik, təhlükəsizlik mühiti, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində mühüm rol oynayıb.
Digər tərəfdən, Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın idman sahəsində beynəlxalq əlaqələrinin genişlənməsində, ölkəmizin nüfuzlu, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsində Prezident İlham Əliyevin bu sahəyə qayğısı ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Bu kontekstdə Azərbaycan və dünya ictimaiyyəti ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün təşkilati məsələləri nümunəvi şəkildə həll etdi. Bunun da sayəsində bəhs edilən mötəbər beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirildi, bütün dünyada böyük tamaşaçı marağına səbəb oldu.
Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də olduqca yüksək qiymətləndirilir. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi Azərbaycanın bu istiqamətdə gördüyü işlərin və əldə olunan müsbət nəticələrin təqdirəlayiq olduğunu ifadə edir. Bütövlükdə, həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlər və əldə olunan nailiyyətlər Azərbaycanı güclü idman dövlətinə çevirib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

