Bakıda AFFA-nın növbəti hesabat konfransı keçirilib
05.03.2019 [09:51]
Martın 4-də Bakıda AFFA-nın növbəti hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, futbol ictimaiyyətinin nümayəndələri, “Bakı-2019: Ulduzlar Finalı” ilə əlaqədar ölkəmizdə səfərdə olan məşhur veteran futbolçular və digər şəxslər iştirak ediblər.
AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin UEFA Avropa Liqasının final matçının ölkəmizdə təşkilinə dair Sərəncamının yüksək səviyyədə təşkilinə zəmin yaratdığını diqqətə çatdıraraq deyib: “Ötən il U-19 millimiz Avropa çempionatının elit raunduna yüksəlib. Həmçinin “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Təəssüflər olsun ki, millimiz Millətlər Liqasının pley-off mərhələsinə adlaya bilmədi. Yığmanın baş məşqçi postunda dəyişiklik edildi”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyərək cari ildə ölkəmizin UEFA Avropa Liqasının final oyununa, gələn il isə Avropa çempionatının final mərhələsinin dörd matçına ev sahibliyi edəcəyini bildirib. Qeyd edib ki, bütün bunlar ölkəmizdə futbolun inkişafından xəbər verir. AFFA-nın fəaliyyətini yüksək qiymətləndirən nazir qeyd edib ki, uşaqlar üçün mütəmadi liqalar təşkil olunur. Belə tədbirlər təkcə paytaxtda deyil, bölgələrdə, cəbhəyanı ərazilərdə keçirilir. Cocuq Mərcanlıda futbol meydançası inşa edilərək istifadəyə verilib.
Sonra AFFA-nın ötənilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
AFFA-nın baş katibi Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, üç gün sonra UEFA Avropa Liqasının final oyununa onlayn bilet satışına start veriləcək. Statistika göstərir ki, həmişə biletlər qısa müddətdə satılır. Buna görə də azarkeşləri fəal olmağa çağırıram. Ötən ilin sonunda UEFA tərəfindən final oyununa 1500 VIP bilet satışa çıxarıldı. Həmin biletlərin qiyməti 890 avro idi. Həmin biletlər iki həftə ərzində satıldı. Azərbaycandan 19 VIP bilet alınıb.
“UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir. Bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər”, - deyə E.Məmmədov əlavə edib.
AFFA-nın baş katibi vurğulayıb ki, istərdik, ölkə çempionatında 10 güclü klub çıxış etsin. Klubların maliyyə mənbələri bilinsin, şəffaflıq təmin olunsun. Klublar AFFA kimi şəffaf olsunlar, maliyyə mənbələrini ictimaiyyətə göstərsinlər. Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunu 25 faizini klublardan zəmanət kimi tələb edirik. Bu, UEFA-nın və FIFA-nın tələbidir. Bununla çempionatımızı və klublarımızı sığortalayırıq. Əsas məsələ şəffaflığın təmin olunmasıdır.
FIFA-nın Avropa ölkələri üzrə əlaqələndiricisi Byorn Vassallo ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, Azərbaycanda futbolun inkişafı istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışıb.
Konfransda AFFA-nın maliyyə hesabatı dinlənilib və müstəqil audit tərəfindən şəffaf dəyərləndirilib.
Sonda “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmadan bəhs edən videoçarx təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

