Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
19.03.2019 [09:22]
Martın 17-də Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin sonuncu günündə kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində güclərini sınayıblar.
Kişilər arasında dayaqla tullanma yarışlarında Koreya Respublikasından olan gimnast Haksin Yanq 14,970 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukrayna gimnastı İqor Radivilov 14,833 xalla ikinci, rusiyalı Denis Abliazin isə 14,766 xalla üçüncü yerdə qərarlaşıblar.
Dəstəli at yarışlarında kişilərin mübarizəsində yaponiyalı Kohey Kameyama 15,233 xalla dünya kubokunun qızıl medalını qazanıb. Fransa təmsilçisi Siril Tommason 14,833 xalla ikinci, çinli Hao Venq 14,033 xalla üçüncü olublar.
Kişilərin turnik yarışlarında niderlandlı Epke Zonderland 14,633 xalla bütün rəqiblərini qabaqlayıb. Xorvatiyalı Tin Srbiç 14,600 xalla gümüş, İsveçrə gimnastı Oliver Heqi 14,366 xalla bürünc medal qazanıblar. Avstraliya təmsilçisi Emma Nedova qadınların gimnastika tiri yarışlarında proqramını icra edərək hakimlərdən 14,100 xal alıb və bütün rəqiblərini qabaqlayıb. Fransa təmsilçisi Marine Boyerin hesabında da eyni xal olub və hakimlərin qərarı ilə o, yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü Yaponiya gimnastı Mana Oquçi 13,200 xalla qapayıb. Azərbaycan təmsilçisi Marina Nekrasova 11,366 xalla dünya kuboku yarışlarında yeddinci olub.
Qadınlar arasında sərbəst hərəkətlər üzrə yarışlarda ABŞ idmançısı Ceyd Keri 14,600 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliya gimnastı Lara Mori 13.866 xalla yarışı ikinci, həmyerlisi Vanessa Ferrari (13,733) isə üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, Azərbaycan dünya kuboku yarışlarını 1 gümüş medalla başa vurub. Turnirin üçüncü günündə kişilərin halqalarla yarışlarında gimnastımız Nikita Simonov fəxri kürsünün ikinci pilləsində yer alıb.
Turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyıb. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparıb. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14

