“Xan” idman klubunda dünya və Avropa çempionları yetişirlər
12.04.2019 [09:38]
Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda qeyri-Olimpiya idman növləri üzrə də qazanılan böyük qələbələr bir-birini əvəz edir. Döyüş növlərindən biri olan kyokuşin karate də yeniyetmələr arasında ən çox sevilən idman növlərindən biridir. Bu idman növü güc, cəsarət və böyük zəhmət tələb edir. Məşqçi kimi fəaliyyət göstərdiyim müddətdə rəhbərliyim altında yüzlərlə uşaq və yeniyetmə idmanın bu növünün sirlərinə yiyələnib.
Bu sözləri Azərbaycan Kyokuşinkay Karate və Ciyutaido Federasiyasının məşqçisi, “Xan” idman klubunun rəhbəri, dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, II Dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Azadxan Qasımov AZƏRTAC-a müsahibəsində deyib.
Klubda dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin qalib və mükafatçılarının yetişdiklərini deyən məşqçi bildirib ki, klubun yetirmələri Zabrat qəsəbəsində yerləşən zallarda məşqləri davam etdirirlər. Sevindirici haldır ki, mərkəzlə yanaşı, ən ucqar kəndlərdə belə uşaq və yeniyetmələr idmana böyük maraq göstərirlər. Şübhəsiz, bununla da onlar sağlam olmaqla yanaşı, həm asudə vaxtlarını səmərəli keçirir, həm də zərərli vərdişlərdən uzaq olurlar. Düşünürəm ki, yeniyetmə və gənclərin qeydinə qalmaqla parlaq gələcəyimizi təmin etmiş oluruq.
O, klubun yetirmələrinin Zabratdakı zallarda mütəmadi məşqlər keçdiklərini, döyüş növünün sirlərinə böyük həvəslə yiyələndiklərini bildirib.
Uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişmələrinə xüsusi diqqət yetirilir
A.Qasımov yetirmələrinin idmanda yüksək nailiyyətlər qazanmaları ilə yanaşı, onların vətənpərvərlik ruhunda yetişmələrinə də xüsusi diqqət yetirildiyini bildirib: “Kyokuşinkay Karate və Ciyutaido Federasiyası, başda federasiyanın prezidenti Teyyub Əzizov olmaqla klub və cəmiyyətlərdə bu idman növünü inkişaf etdirməklə yanaşı, yeniyetmə və gənc idmançıların vətənpərvər ruhda yetişmələrinə də xüsusi diqqət və qayğı göstərir. Beynəlxalq turnirlərdə, dünya kuboklarında idmançılarımız Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün öz bacarıqlarından maksimum istifadə etməyə çalışırlar. Azərbaycanın bayrağını ucaltmaq, dövlət himnini səsləndirmək böyük şərəfdir”.
On üç ildən artıq məşqçilik fəaliyyəti ilə məşğul olan klub rəhbəri ötən müddətdə yetirmələrinin əldə etdikləri nailiyyətlərdən danışıb: “Üç yetirməm 2018-ci ildə Türkiyədə keçirilən dünya kubokunda qızıl medal qazanıb. Həmin il İranda keçirilən İslam Olimpiadasında da yetirmələrimdən üçü birinci yeri tutub. Təqdirəlayiq haldır ki, son vaxtlar döyüş növlərinə oğlanlarla yanaşı, qızlar da böyük maraq göstərirlər. Tələbələrimdən dəfələrlə respublika çempionu adını qazanan, dünya çempionatının qalibi və dünya kuboku yarışlarının qızıl medalçısı Fidan İsmayıllı, bir neçə dəfə ölkə birinciliyinin qalibi və dünya kubokunun sahibi olan Rafael Əmrahov və Azərbaycan çempionu, İslam Olimpiadasının və dünya kubokunun qalibi Kamil Əliyev keçən ilin yekunlarına görə “Ən yaxşı döyüşçü” seçiliblər. Yetirmələrim arasında 20-yə yaxın respublika çempionu var”.
Məşqçi ötən ay - martın 30-31-də “Xan” klubunun üzvlərinin Bərdədə 12 klubdan 120-dən çox idmançının iştirak etdiyi yarışda komanda hesabında ikinci yeri tutduğunu, 13 idmançıdan doqquzunun qızıl, üçünün gümüş, birinin bürünc medal qazandığını bildirib. O, hazırda komandanın mayın 3-dən 5-dək milli cütayyo idman növü üzrə keçiriləcək dünya kubokuna hazırlaşdığını da bildirib: “Hazırda komandamız təlim-məşq prosesi keçir. Mayın 3-dən 5-dək respublikamızda milli cütayyo idman növü üzrə keçiriləcək dünya kubokuna hazırlaşırıq. Dünya kubokunda S, T və K versiyaları üzrə yarışlar keçiriləcək. Turnirdə 15 ölkənin iştirakı gözlənilir. Bu yarışda Yaponiyadan da komanda iştirak edəcək. Azərbaycan bu turnirdə 150-yə yaxın idmançı ilə təmsil olunacaq. Ümidvaram ki, “Xan” idman klubu yarışda böyük nailiyyətlər qazanacaq. Əldə etdiyimiz uğurlar yüksək zəhmətin nəticəsidir”.
Qeyd edək ki, Azadxan Qasımov 2011-ci ildə “Ən yaxşı məşqçi”, 2013-cü ildə “Ən yaxşı hakim”, 2018-ci ildə isə “İlin ən ədalətli hakimi”, “Respublika üzrə ilin müəllimi” adlarına layiq görülüb. “Xan” idman klubu isə “İlin komandası” olub.
Azadxan Qasımovun yetirmələrindən biri, perspektivli idmançı İlham Məlikzadə məşqləri böyük həvəslə davam etdirdiyini bildirib: “Döyüş növləri ilə məşğul olmaq insandan böyük zəhmət və ciddi səy tələb edir. Məşqçimiz Azadxan Qasımovdan kyokuşin karate idman növünün sirlərini böyük həvəslə öyrənirik. Məqsədim beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etməkdir. Bununla yanaşı, dərslərimi də yaxşı oxumağa çalışıram”.
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24

