/ / Gəncədə keçiriləcək “V1 Challenge2 çempionatının sponsorlarından biri “Caspian Event Organisers” şirkətidir
Gəncədə keçiriləcək “V1 Challenge2 çempionatının sponsorlarından biri “Caspian Event Organisers” şirkətidir
28.09.2019 [10:01]
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə sentyabrın 29-da Gəncədə Heydər Əliyev Park Kompleksi ərazisində idman avtomobillərinin yarışı və şousu keçiriləcək. Tədbirdə 40-dan çox avtomobil - “volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.
AAF-dan AZƏRTAC-a bildiriblər ki, proqramda, həmçinin “volkicar”, drift və idman avtomobillərinin yürüşü, “volkicar”ların yarışı və sportkarla “burnout” şousu, drift şoular yer alır. Tamaşaçılar arasında avtomobil idmanı və yol təhlükəsizliyi mövzusunda viktorina da keçiriləcək və 20 fəal iştirakçı mükafatlandırılacaq.
Gəncədəki tədbirin sponsorlarından biri “Caspian Event Organisers” şirkəti Azərbaycanda sərgi və tədbirlərin peşəkar təşkilatçısıdır. Şirkətin baş direktoru Fərid Məmmədov qeyd edib: “Həmfikir insanları, həvəskarları, idmançıları və avtomobil idmanı ilə bir mədəniyyət və həyat tərzi kimi maraqlanan hər kəsi bir araya gətirəcək bu tədbirə sponsorluq etməkdən məmnunuq. Tamaşaçılar küçədə adi bir gündə görünməyən bir çox avtomobili görəcəklər. Tədbirdə iştirak etməkdə məqsədimiz Azərbaycanın gənc əhalisi arasında avtomobil idmanının populyarlığını artırmaqdır ki, bu da həmin idmanla məşğul olanların sayının artmasına səbəb olacaq. Mən özüm 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasının üzvüyəm və AAF-nın bütün tədbirlərində fəal iştirak edirəm. Burada - Gəncədə “volkicar” avtomobillərindən birini özüm idarə edəcəyəm. Ümid edirəm ki, bu parlaq, möhtəşəm şou heç bir izləyicini biganə qoymayacaq. Fürsətdən istifadə edərək Azərbaycan Avtomobil Federasiyasına bu imkana görə təşəkkür edirəm”.
Tədbirdə tanınmış pilotlar - “Drift GP International”ın promouterı Neyl Qann, Almaniyanın drifting üzrə çempionu Sebastian Fonteyn, “Drift All Stars” Avropa yarışının qalibi Martin Riçards, “Drift GP International” yarışının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “volkicar” pilotları iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35

