Rusiyanın İdman naziri: Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib
28.09.2019 [10:32]
Sentyabrın 27-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir Azad Rəhimov ötən ilin sentyabrında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” Sazişin uğurla həyata keçirildiyini, bu sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir bildirib ki, Saziş ölkələrimizdə idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsində çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları fəal iştirak edir, yüksək pillələrə yüksəlirlər. Gələn ilin Olimpiya ili olacağını nəzər alsaq, bizi daha məsuliyyətli və gərgin il gözləyir.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən P.Kolobkov da 2018-ci ildə Soçidə imzalanmış Sazişin əhəmiyyətindən və ötən ildə qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açıb. Rusiyalı nazir vurğulayıb ki, 2020-ci ilin avqustunda Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2 mindən çox qonaq qatılacaq.
P.Kolobkov deyib: “Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də, idman yarışlarının təşkili ən yüksək səviyyədədir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman yarışları azarkeşlərin yaddaşında uzun müddət qalacaq. Əgər 2022-ci ildə baş tutacaq növbəti yarışa ev sahibliyi hüququ Azərbaycana düşərsə həmin turnirin yüksək səviyyədə təşkil olunacağını indidən deyə bilərik. Hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır”.
Görüşün sonunda P.Kolobkov Azərbaycanın Gənclər və İdman naziri A.Rəhimovu oktyabrın 10-11-də Rusiyanın Nijni-Novqorod şəhərində gerçəkləşəcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumuna dəvət edib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

