Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimatı olub
11.01.2020 [11:04]
Yanvarın 10-da Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev və federasiyanın rəhbəri Qabil Mehdiyev iştirak ediblər.
F.Mansurov çıxış edərək Gənclər və İdman naziri Azad Rəhimovun 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında idman mediasının təşkilatlanmasının vacibliyini vurğuladığını diqqətə çatdırıb. İdman mediasında uğurların qazanılmasının önəmini vurğulayan F.Mansurov bu baxımdan yeni təşkilatın yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirib. O, federasiyanın idman mediasının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
A.Abiyev Azərbaycan atletlərimizin nailiyyətlərinin təbliğində idman jurnalistlərinin böyük rol oynadıqlarını bildirib və yeni təşkilata uğurlar arzulayıb.
Federasiyanın rəhbəri Q.Mehdiyev idman mediasının daha səmərəli fəaliyyətinin vacibliyini bildirib, bu sahədə bir sıra boşluqların olduğunu deyib: “Bu quruma dəstək vermək üçün federasiya yaratmağı planlaşdırırdıq. Qismət bu günə idi. Nəhayət, bu federasiyanı yaratdıq. Bu təşkilatın yaradılmasında fəal dəstəyinə görə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür edirəm”.
Q.Mehdiyev bildirib ki, ehtiyac olarsa, bir sıra şirkətlərlə sponsorluq müqaviləsi də imzalanacaq. Bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Artıq federasiyasının saytı fəaliyyət göstərir. Burada ən aktual yazılar dərc olunacaq. Saytda hansı jurnalistin yazısı daha çox dərc olunarsa, ilin sonunda onun mükafatlandırılması nəzərdə tutulur. Sayt, həmçinin ensiklopediya funksiyası da daşıyır.
Sonra federasiya rəsmisi AİJF-nin rəsmi saytını təqdim edib. O, həmçinin “Mirpaşa Miriyev” və “Aqşin Kazımzadə” mükafatlarının təsis olunduğunu, onların il ərzində fərqlənən jurnalistlərə təqdim ediləcəyini söyləyib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Tofiq Eyvazov, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov və digərləri də çıxışlarında təşkilata uğurlar arzulayıblar.
Sonra AİJF-nin İdarə Heyətinin üzvləri təqdim olunub, jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

