Ramin Musayev: “Qarabağ” “Marsel” səddini keçmək gücündədir”
25.01.2022 [14:34]
Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar hazırlıqlarını Türkiyədə davam etdirən klublarmız artıq təlim-məşq toplanışını başa vurmaq üzrədir. Antalyaya yollanan 8 komandamızdan altısı - “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Zirə”, “Sabah” və “Sumqayıt” heyətə əl gəzdirməklə yanaşı, sınaq oyunlarında da qüvvəsini yoxlayır. Təmsilçilərimizin düşərgələrinə baş çəkib, onların hazırlıqlarını izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də var. O, “Yeni Azərbaycan”ın əməkdaşına açıqlamasında komandalarımızın çempionatın ikinci yarısına səylə çalışdığını bildirib: “Ümumi götürəndə, ab-hava pis deyil. Antalyaya gələn 6 komandanın hamısı böyük həvəslə çalışır, məşq edir, hazırlaşırlar. Təbii ki, hansı komandanın necə hazırlaşdığını oyunların gedişində şahid olacağıq”.
Ölkə çempionatında yanvarın 10-da açılan “transfer pəncərəsi” fevralın 9-da bağlanacaq. Elita təmsilçiləri heyətlə bağlı çatışmazlıqlarını bu müddətdə aradan qaldıra biləcəklər. Bununla belə, lider “Qarabağ” digər klublarla müqayisədə geniş olan heyətini daha da zənginləşdirdi. Konfrans Liqasında da mübarizəni davam etdirən bu komanda heyətə daha bir əcnəbi cəlb etmək istəyir. Ağdam təmsilçisinin prinsipial rəqibi olan “Neftçi”də isə vəziyyət fərqlidir. Son çempion aparıcı futbolçularından Sabir Buqrini itirdi, Mamadu Kanenin də gedişi istisna deyil.
Belə olan halda, rəqiblərinin “Qarabağ”a çatması nə dərəcədə inandırıcı görünür? “Neftçi”dən ikinci yarıda nə gözləmək olar? PFL rəhbərinin fikrincə, indidən proqnoz vermək düzgün olmaz: “Sualınıza cavab vermək çətindir. “Transfer pəncərəsi” hələ açıqdır. Yəqin ki, “Neftçi” rəhbərliyi hər şeyi nəzərə alıb, yeni transferlər həyata keçirəcək. Buna görə indidən bu barədə danışmaq düzgün olmaz. Ümumilikdə isə, əgər “Qarabağ”ı nəzərə almasaq, Antalyadakı digər 5 komandamızı bir-birindən fərqləndirmək mümkün deyil. Sözsüz ki, hamısı çalışır. Mən Qurban Qurbanovla görüşdüm. Təxminən verdiyiniz sual ətrafında söhbətimiz oldu. “Qarabağ”ın iki cəbhədə mübarizə aparması birinci dəfə deyil. Artıq buna alışıblar. Komanda daxilindəki atmosferdən, baş məşqçinin danışığından hiss etdim ki, çempionatın ikinci yarısına tam hazırdırlar”.
“Qarabağ” fevralda əvvəlcə ölkə kubokunda “Keşlə”, çempionatda “Neftçi”, Konfrans Liqasında isə Fransanı “Marsel” klubu ilə qarşılaşacaq. Birdən-birə sıx təqvimdə oynamaq, “Qarabağ”a çətinlik törədə bilərmi? Ümumiyyətlə, “Qarabağ” fransızları mübarizədən kənarlaşdırmaq gücündədirmi? PFL rəhbəri bildirib ki, o, buna inanır: “Düzdür, öncədən fikir bildirmək çətindir. Amma indi desəm ki, “Qarabağ” pley-off mərhələsini adlayacaq, bəlkə də futbolçularda arxayınçılıq yaranar. Təkrarçılıq olmasın, amma komandada gördüyüm canfəşanlıq onu göstərir ki, “Qarabağ” “Marsel” səddini keçmək gücündədir”.
Mövsümün ikinci yarısından VAR sisteminin tətbiqi planlaşdırılır. Avropanın aparıcı ölkələrində bəzən VAR-dan belə düzgün istifadə etmirlər. Bəs R.Musayev nə düşünür, Azərbaycan hakimləri buna hazırdırmı? Bu sistemin nə kimi xeyri və ziyanı olacaq? Onun sözləri görə, VAR sisteminin ziyanlı tərəfi olmamalıdır: “VAR sisteminin təşkili ilə bağlı AFFA rəhbərliyinin göstərişi ilə artıq hakimlərimiz 3 dəfə Türkiyədə hazırlıqda olublar. Demək olar ki, 70-80 faiz hazırdırlar. Amma tam hazır olmaq üçün praktika lazımdı. VAR-ın ziyanını yox, hər halda, xeyrini görə bilərik. Ədalətli qərarlara görə faydası, xeyri olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

