Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın 3 cüdoçusu EYOF-da finala çıxıb

Azərbaycanın 3 cüdoçusu EYOF-da finala çıxıb

26.07.2022 [16:56]

Bu gün Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın 3 cüdoçusu finala yüksəlib.

"Report"un məlumatına görə, bu gün EYOF-da cüdo yarışlarına start verilib.

48 kq çəkidə mübarizə aparan Könül Əliyeva yarımfinal görüşündə böyük britaniyalı Samə Şavı məğlub edərək finala çıxıb. Əliyeva finalda italiyalı İlariya Finestrone ilə qızıl medal uğrunda gücünü sınayacaq.

55 kq çəkidə yarışan Murad Əliyev yarımfinalda türkiyəli Tuncay Türkmana qalib gələrək finala çıxıb. Finalda Əliyev gürcüstanlı Daviti Lomitaşvili ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Həmçinin, 60 kq çəkidə yarışan Nurlan Kərimli almaniyalı Floriyan Bökkerə qalib gələrək finala yüksəlib. O, finalda niderlandlı Cokhem fan Hartenlə qızıl medal uğrunda tatamiyə çıxacaq.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30