Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən beynəlxalq velotur mayın 9-da start götürəcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən beynəlxalq velotur mayın 9-da start götürəcək

01.05.2012 [11:04]

Velosiped idmanı üzrə Azərbaycanda təşkil olunacaq ilk peşəkar yarışda dünyanın 17 ölkəsindən 20 komanda mübarizə aparacaq
May ayında Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. Velosiped idmanı üzrə ölkəmizdə təşkil olunacaq ilk peşəkar yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Velosipedçilər İttifaqının təşkilatçılığı ilə keçiriləcək. ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən bu beynəlxalq velotur mayın 9-da start götürəcək və 13-də başa çatacaq.
Bunu dünən KİV üçün təqdimat mərasimində çıxış edən sözügedən beynəlxalq yarışın təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində analoji tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Almaniyanın “FreundeEventlogistik” şirkəti də turun təşkilati məsələlərinə cəlb olunub.
Qeyd edilib ki, veloyürüş Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil olunub və U-23 (19-23 yaş arası) kateqoriyasına aid UCİ kontinental turudur. Yarışda dünyanın 17 ölkəsindən 20 komanda qalib adı uğrunda mübarizə aparacaq. Əsas qrupda 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda qüvvəsini sınayacaq.
Turla bağlı hazırlıq işlərinə toxunan Sahib Ələkbərov bütün işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Bildirib ki, təşkilati məsələlərdə bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatları, idman ictimaiyyəti və KİV nümayəndələri də yaxından iştirak edirlər: “Artıq müvafiq tədbirlər planı hazırlanıb və tam həcmdə reallaşdırılmaqdadır. Yarışda iştirak edəcək komanda üzvlərinin hotellərdə yerləşdirilməsi, yarış zamanı paytaxtda və regionlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Artıq yarışla bağlı ətraflı məlumat əldə etmək üçün www.ha-tour-aze.com saytı yaradılıb. Burada turnirlə bağlı Azərbaycan və ingilis dillərində daim yenilənən press-relizlər yerləşdirilir. Yarışın nəticələri də mərhələlər üzrə saytda təqdim olunacaq”.
Sahib Ələkbərovun sözlərinə görə, bu velotur “İdman ili” çərçivəsində ölkəmizdə keçirilən ən böyük və ən əhatəli idman yarışlarından biridir: “Digər tərəfdən də, bu, Azərbaycanda velosiped idmanının populyarlaşdırılması istiqamətində çox mühüm rol oynaya biləcək bir yarışdır. Bilirsiniz ki, keçən əsrin ikinci yarısında Azərbaycanda velosiped idmanı kifayət qədər populyar idi. Lakin təəssüflər olsun ki, son 20-25 il ərzində bu idman növünə diqqət bir qədər azalmışdı. Ona görə də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə ölkəmizdə velosiped idman növünün populyarlaşdırılması istiqamətində ciddi işlərin görülməsinə başlanılıb. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunub. Federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədov seçilib və onun rəhbərliyi altında artıq bu sahədə çox ciddi işlərin aparılmasına başlanılıb. Bu işlərdən ən mühümü isə yuxarıda da qeyd etdiyimiz kimi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən bu beynəlxalq veloturun keçirilməsidir. Təbii ki, hər hansı bir idman növünün populyarlaşdırılması üçün ilk növbədə, onun maddi-texniki bazası olmalı, həmin idman növünün inkişafı üçün şərait yaradılmalıdır. O cümlədən, velosiped idman növünün inkişafı üçün velotrekin, həmçinin, velosipedçilər üçün xüsusi yolların olması vacibdir. Bilirsiniz ki, Azərbaycanda köhnədən bir velotrek var və yaxın aylar ərzində həmin velotrek təmir olunaraq, çox gözəl bir idman bazasına çevriləcək. Yaxın illər ərzində isə Azərbaycanda yeni, möhtəşəm bir velotrekin tikilməsi nəzərdə tutulur. Eyni zamanda, bir neçə gündən sonra Dənizkənarı Milli Parkın ərazisində velosiped sürmək üçün yolun açılışı olacaq”.
“Yarışı izləyənlər arasında tanınmış idmançılar da yer alacaq. Onlardan biri isə keçmiş SSRİ vaxtında Azərbaycanı təmsil etmiş və hazırda Ukraynada yaşayan Averindir”, - deyən Sahib Ələkbərov onu da bildirib ki, veloturun marşrutu 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya çempionatının təşkilatçısı olan Albrext Röeder tərəfindən planlaşdırılıb.
öz növbəsində jurnalistlər üçün təqdimatla çıxış edən A.Röeder velosiped turunun may ayının 9-da Azadlıq meydanında qadınların fərdi yarışı ilə start götürəcəyini diqqətə çatdırıb. Bildirib ki, elə həmin gün saat 12.00-da həmin meydanda yarışın rəsmi açılış mərasimi keçiriləcək: “Tədbir çərçivəsində ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla velosiped turunun birinci mərhələsi “Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı-Neftçilər prospekti-Azneft meydanı-Neftçilər prospekti-Azadlıq meydanı” marşrutu üzrə komanda yarışı təşkil olunacaq”.
Qeyd edək ki, növbəti gün-mayın 10-da velosipedçilər Ulu öndərin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra 176 km-lik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar. 3-cü mərləhə mayın 11-də Qəbələdə başlayacaq. Daha sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 km-dir. 4-cü mərhələnin başlanması üçün iştirakçılar may ayının 12-də səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu mərhələnin keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 kilometr olmaqla 10 dövrə vurduqdan sonra yarışa yekun vurulacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxer isə yürüşdə ölkəmizi təmsil edəcək “ATA sport” və “Sumqayıt” komandalarının hazırlığı ilə bağlı məsələlərə toxunub. Bildirib ki, idmançılarımız Rusiya və Ukraynada yüksək səviyyədə təlim-məşq toplanışında iştirak ediblər. Bundan əlavə, velosipedçimiz Tural İsgəndərov Almaniyanın peşəkar komandası ilə birlikdə hazırlıq prosesi keçib. T.Mauxer veloturda idmançılarımızın yüksək yerlər uğrunda mübarizə aparacağına inandığını da vurğulayıb.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1162 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30