Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Regionların inkişafına davamlı diqqət və qayğı

Regionların inkişafına davamlı diqqət və qayğı

16.04.2024 [10:15]

Aparılan uğurlu siyasət sayəsində bütün sahələrdə böyük uğurlar qazanan müstəqil Azərbaycan özünəməxsus unikal inkişaf modelinə malikdir. Hazırda bütün dünyada da maraqla izlənilən bu modelin ən xarakterik cəhətlərindən   biri isə regional inkişafla bağlıdır. Biz bir sıra hallarda ayrı-ayrı ölkələrdə sosial-iqtisadi inkişaf baxımından paytaxt və regionlarar asında kəskin fərqlər olduğunu müşahidə edirik. Azərbaycan isə fərqli yol tutub. Son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi, qəbul etdiyi mühüm qərarlar, ardıcıllıqla aparılan islahatlar və böyük həcmli investisiya qoyuluşu sayəsində bütün ölkə üzrə tarazlı inkişaf təmin olunub.

Regionlara 140 səfər

Azərbaycanın sürətli inkişafın bütün ölkə üzrə təmin edilməsi strategiyası konseptual səciyyə daşıyır. 2004-cü ildən başlayaraq respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar əsasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları qəbul edilərək onların icrası yüksək səviyyədə təmin olunub. Regionların potensialı və tarixi əmək ənənələri nəzərə alınmaqlahazırlanan proqramların icrası çərçivəsində ayrı-ayrı bölgələr üzrə çoxsaylı tədbirlər reallaşdırılıb, infrastruktur təminatı gücləndirilib ki, bu da son nəticədə ölkənin dinamik inkişafını şərtləndirib.

İndiki mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası, ora Böyük Qayıdışın təmin olunması ölkə gündəliyinin mühüm proriteti kimi müəyyənləşdirilsə də, digər bölgələrə də diqqət və qayğı azalmayıb. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilər kimi, başqa bölgələrə də tez-tez səfərlərə getməsi bunu bir daha təsdiqləyir. Bu səfərlər zamanı dövlətimizin başçısı ayrı-ayrı regionlarda nəzərdə tutulan layihələrin icrası ilə şəxsən tanış olur və Özünün tapşırıq və tövsiyələrini verir.  Son illərin statistikasına diqqət yetirsək, görərik ki, Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlərhəyata keçirir, açılış və təməlqoyma mərasimlərinə qatılır. Dövlətimizin başçısının bölgələrə səfərləri Naxçıvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Prezident İlham Əliyev bölgələrə 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Bütövlükdə, dövlətimizin başçısı işğaldan azad edilən ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək regionlara 140-a yaxın səfər edib. Dövlət başçısının bölgələrə müntəzəm hal alan səfərləri regional inkişafa güclü impuls verir.

Regional inkişaf rəqəmlərdə

Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Bu baxımdan regionlarda əmək bazarının inkişafı, məşğulluğun təmin olunması müstəsna önəm daşıyır. Regional inkişaf proqramları çərçivəsində yaradılan müasir infrastruktur bütün ölkə üzrə iqtisadi inkişafa güclü təkan verib.O cümlədən regionlarda ənənələrə uyğun təsərrüfat sahələri canlandırılıb, kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük kimiəmək tutumu böyük, gəlir imkanları daha çox olan istiqamətləri inkişaf etdirilib. 

Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi ilə Çindən ABŞ-a qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2023-cüildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin təqribən 1 milyard ABŞ dollarına çatması bu istiqamətdə həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları ənənəvi istehlak bazarlarında yaxşı tanınır və onlara böyük tələbat var. Hədəf həmin bazarlarda möhkəmlənməklə yanaşı, həm də yeni coğrafiyaları fəth etməkdir.

Vətəndaş məmnunluğunun artması

İqtisadi inkişafla paralel şəkildə, regionlarda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər görülür. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə ölkə üzrə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çoxolimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, kənd yollarının abadlaşdırılması, su, qaz, elektrik təminatının gücləndirilməsi bölgələrdə yaşayan insanların həyat səviyyəsini yüksəldir və vətəndaş məmnunluğunu artırır.

Regionlara bu günlərdə baş tutan səfər çərçivəsində Prezident İlham Əliyev Hacıqabulda 8 məntəqəni birləşdirənavtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Bütün bu obyektlər sosialvə iqtisadi təyinatlı olmaqla, regional inkişafa təkan verəcək, eyni zamanda həmin rayonların sakinlərinin sağlam, firavanyaşayışına xidmət göstərəcək.

İnfrastruktur təminatının möhkəmləndirilməsi

Bütün ölkə üzrə tarazlı inkişafın təmin edilməsi strategiyasının uğurlu nəticələrini həmçinin regionlarda yaradılan müasir infrastrukturun timsalında görmək mümkündür. Son 20 ildə respublikanın bütün bölgələrində böyük həcmlərdə əsaslı vəsait qoyuluşu hesabına nəhəng infrastruktur layihələri reallaşdırılıb. Bu gün Azərbaycan ifrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Yaradılan infrastruktur isə öz növbəsində həm iqtisadi, həm də sosial önəm daşıyır. 

Son illərdə ölkəmizdə yaxşı bir ənənə formalaşıb - Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində yeni-yeni infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılır. Dövlətimizin başçısı regionlara uğurla baş tutan son səfəri çərçivəsində Hacıqabul rayonunda Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu rayonun 8 yaşayış məntəqəsini birləşdirir. 20 nömrəli Yol İstismarı MMC-nin baş mühəndisi Əlnaib Kərimovbildirib ki, yolun istismar müddəti başa çatdığı üçün gediş-gəlişzamanı çətinliklər yaranırdı. Prezidentin sərəncamına uyğun olaraq yolun yenidən qurulması işlərinə başlanıldı və optimal müddətdə inşa olunaraq istifadəyə verildi. Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrliyindən götürür.

Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağınınqaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müəyyən hissələrdə 10 metrə qədər genişləndirilməsi işləri görülüb. Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşaolunub. Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı yenidən qurulan avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Müasir təsərrüfatlar

Müasir dövlət kimi inkişaf edən Azərbaycan aqrar sektorda innovasiyaların və yeni yanaşmaların daha geniş miqyasda tətbiqini hədəfləyib. Məqsəd məhsuldarlığı artırmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yerli istehsalın xüsusi çəkisini artırmaqdır. Bu strateji xəttə uyğun olaraq son illərdə respublikamızın ayrı-ayrı bölgələrində çoxlu sayda iri fermer təsərrüfatları, aqroparklar yaradılıb. Belə təsərrüfatlardan biri - “Agro Dairy” MMC Hacıqabul rayonunda 2016-cı ildən fəaliyyət göstərir. Əkin sahələrində arpa, buğda, qarğıdalı, şəkər çuğunduru, soya, günəbaxan, yonca becərilir. Sahələrin müəyyən hissəsi suvarılan, bir qismi isə dəmyədir. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Xatırladaq ki, dövlətimizin başçısı əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davametdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “AgroDairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təminetmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalınıntikintisinə başlanılıb.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-daimzaladığı sərəncamına əsasən isə üzən nasos stansiyası (Ipillə), uzunluğu 4350 poqonometr olan basqılı metal borukəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyasının xarici elektrik təchizatıişləri başa çatdırılıb. Baş aqronom Tacəddin Misirzadənin verdiyi məlumata əsasən, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur. Ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.

Məhsulların saxlanılması üçün 24 ədəd müxtəlif ölçüdə saxlanma siloları mövcuddur. 4 ədəd toxum emalı kompleksi dəvar, hər bir zavodun qəbul gücü saatda 5 ton, istehsal gücü 3-3,5 tondur. Bu yerlər əvvəllər qışlaq sahəsi olub, sonra dəmyə şəraitində məhsul becərilib. Hazırda isə müasir texnoloji becərmə və suvarma sayəsində suya 35-40 faiz qənaət olunur, məhsuldarlıq 70-80 sentnerə çatır. Sahələrdə suvarma işi üçün 102  pivot qurulub. 

Burada daha bir layihənin icrası da nəzərdə tutulur. Bu il“Padarçöl H2” sahəsinin genişlənməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlərə start verilib.

Gəncədə salınan Ekoloji Park

Səfər çərçivəsində Prezident İlham Əliyevin Gəncədə tikintisi ilə tanış olduğu Ekoloji Park Azərbaycanın özinkişafında müasir çağırışlara əsaslandığını bir daha təsdiqləyir. Kompleksin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. 

Həmçinin Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərininyaradılması da planlaşdırılıb. Gəncədə Ekoloji Parkınyaradılmasını yüksək dəyərləndirdiyini bildirən ekoloq ElşadMəmmədov vurğulayıb: “Son zamanlar təbiətə antropogen təsirlərin artdığı bir dövrdə şəhər ərazilərində ekoloji parkların yaradılması vacibdir. Bu, ilk növbədə, ekosistemin qorunmasınaöz töhfəsini verəcək. Quşların, balıqların və bəzi həşəratların saxlanması üçün də əlverişli yer olacaq. Buna görə də Gəncədəyeni açılacaq Ekoloji Park olduqca vacib əhəmiyyətə malikdir. Mən də öz növbəmdə bir Gəncə sakini kimi bu cür unikal kompleksin tikintisinə görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30