Azərbaycan,Türkiyə və Türkmənistanın yeni qaz sazişi...
16.05.2024 [10:33]
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı bağlayacaq iqtisadi gücə çevrilir
Məlum olduğu kimi Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə qardaş ölkəyə nəql olunacaq. Bu saziş 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində imzalanmış sazişin davamı olmaqla regionda yeni trans-qaz marşrutunun yaradılmasına hüquqi zəmin verir. Belə ki, Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” baza sənədi olmaqla sözügedən qaz layihəsinin gerçəkləməsinə yol açır.
Yeni sazişin hansı əhəmiyyəti və üstünlükləri var?
İlk növbədə, türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə nəqli geoiqtisadi əhəmiyyət daşımaqla Azərbaycanın tranzit ölkə kimi həm mövqeyini artıracaq, həm də tranzit gəlirləri əldə etməsinə səbəb olacaq. Bu layihə Bakı və Ankaranın iqtisadi inteqrasiyasına daha yeni şaxə əlavə etməklə iki ölkənin iqtisadi zəncirlərinin birləşməsində əlavə təhlükəsizlik amilinə çevriləcək.
İkinci bir əsas məqam Türkmənistan-Azərbaycan-Türkiyə enerji ittifaqının formalaşmasıdır. Hər 3 qardaş ölkə bu strateji qərarın gerçəyə çevrilməsi ilə Türk ailəsinin iqtisadi inteqrasiya proqramının əhatəsini daha da genişləndirmiş olacaq.
Üçüncüsü, layihə geosiyasi əhəmiyyət daşımaqla Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verəcək. Yəni, Türkiyə və Azərbaycan faktiki olaraq Türkmənistanı da Avropanın qaz ailəsinə qoşmağa doğru inadlı addımlar atır.
Avropa Birliyi Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinə xüsusi üstünlük verir və gələcək etibarlı yanacaq təminatının əsas həlqəsi kimi dəhlizin genişləndirilməsi üzərində səylərini artırmaqdadır. 2030-cu ilə qədər Azərbaycan qazının 20 milyard kubmetrə çatdırılması ilə yanaşı əlavə olaraq TAP kəməri ilə 20-30 milyard kubmetr qazın da axıdılması üzərində iş gedir. Bu plan çərçivəsində Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil.
Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi marşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır. Bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb.
Avropa İttifaqı ölkələri Rusiya qazının həcmlərinin azaldığını nəzərə alaraq bir neçə enerji mənbəyinə ümid edir ki, onlardan ən rentabelli və perspektivlisi Xəzər regionudur. Xəzər regionu Asiya və Avropanın əsas qaz istehlak bazarlarına daha yaxındır və bu baxımdan Aİ Xəzər dənizinin zəngin qaz ehtiyatlarının tədarükünü daha da tezləşdirməyə çalışır. Bu baxımdan Xəzər regionunun qaz tədarükçüləri olan Türkmənistan, Qazaxıstan, Azərbaycana ehtiyac daha da artır. Xəzərə zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstan və hətta İranın da gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır.
Yeri gəlmişkən, bir müddət əvvəl Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzənin Şərq-Qərb dəhlizinin növbəti həlqəsi olan Türkmənistanla bağlı sualına cavab verən Prezident İlham Əliyev bildirmişdi ki, bu istiqamətdə intensiv müzakirələr gedir və Azərbaycan Orta Dəhlizin enerji blokunun marşrutlarını yaratmaqla digər ölkələr, o cümlədən Türkmənistan üçün yaşıl işıq yandırıb.
Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarını Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. Eyni zamanda, Avropanın qaz təchizatında Azərbaycanın yerləşdiyi Xəzər bölgəsinin əhəmiyyəti, eyni zamanda Xəzərin qaz resurslarının Qərbə nəqlində aparıcı lider ölkə kimi respublikamızın nüfuzu artmaqdadır.
Beləliklə, Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş dolayısı ilə həm də Avropa Birliyinin siyasi və iqtisadi maraqları ilə üst-üstə düşür və Cənub Qaz kəmərinin genişlənməsinə xidmət edir. Xəzər bölgəsinin irihəcmli yanacaq ehtiyatlarının Qərbə daşınmasında isə əsas məsuliyyət yenə də Azərbaycanın üzərinə düşür. Çünki respublikamız təkcə öz ehtiyatlarını deyil, Xəzəryanı ölkələrin də resurslarını Avropaya nəql edə biləcək və Mərkəzi Asiya ilə Avropanı bağlayacaq iqtisadi gücə çevrilib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

