Mincivanda qoyulan təməl...
22.05.2024 [10:45]
Azərbaycan Zəngəzur dəhlizinin logistika şəbəkələrini də yaradır
Məlum olduğu kimi Prezident İlham Əliyev mayın 18-də Zəngilan rayonuna səfəri çərçivəsində Mincivan qəsəbəsinin təməlini qoyub və artıq adıçəkilən inzibati ərazi vahidində yenidənqurma işlərinə start verilir. Sahəsi 301 hektar olan qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində bütün zəruri infrastrukturlarla yanaşı, anbar və logistika binaları da inşa olunacaq. Bu, həmin qəsəbənin strateji nəqliyyat qovşağı olan Zəngəzur dəhlizinin bir hissəsi kimi xüsusi əhəmiyyət daşıdığını və logistika şəbəkələrinə qoşulacağını təsdiq edir. Nəzərə alsaq ki, Mincivan Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir, bu baxımdan bu qəsəbənin təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri, Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edə bilərik.
Bir sözlə, Zəngəzur dəhlizinin Azərbaycan ərazisi hissəsində 2 əsas strateji nöqtəsi olan Horadiz və Mincivanın logistika imkanlarının yaradılması, həm də Orta Dəhliz quruculuğu istiqamətində formalaşdırılan reallıqlardan doğan iqtisadi-siyasi zərurət kimi meydana çıxmaqdadır.
Ən gerçək reallıq...
Bir reallıq ondan ibarətdir ki, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda öz aktual landşaftını möhkəmləndirən və nəqliyyat-logistika şəbəkələrində iqtisadi əhəmiyyətini önə çıxaran Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ən gerçək reallıq kimi qəbul edilən hissəsi də məhz Zəngəzur dəhlizidir. “Bir kəmər, bir yol” nəqliyyat konseptinin Asiya-Azərbaycan qovşağı sayılan Orta Dəhliz Zəngəzurla tamamlanaraq Türkiyəyə tranzit qapısı açır. Hazırda bu tranzit dəhlizin axıcılığı və daşınma rentabelliyi durmadan artır.
Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasını təmin edən trans-kontinental nəqliyyat arteriyasıdır. Bu baxımdan bu dəhlizin əhatə coğrafiyasının faktiki olaraq böyük hissəsi Türk Dövlətləri Təşkilatının (TDT) ərazisini əhatə edir. 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik olan Türk dövlətlərini birləşdirən bir layihə ortaq iqtisadi baxışları da ifadə edir. 2020-2022-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-550 min ton arası olsa da, 2022-ci ildə bu rəqəm 3,4 milyon tona qədər artıb. 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 3,7 milyon ton təşkil edib. Yəni, bu o deməkdir ki, Türk Dövlətləri Orta Dəhlizin potensial imkanlarından yüksək dəyər əldə edərək iqtisadiyyatlarına əlavə dəyər qata biləcək.
BTQ “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli hissəsi kimi qəbul edilir
Yeri gəlmişkən, 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə faktiki olaraq Orta Dəhlizin rentabelli işlək coğrafi qovşaqlarından birinə çevrilib. Həmin nəqliyyat arteriyasının başlanğıc nöqtəsinin Çin olması isə Azərbaycan üçün daha mühüm siyasi və iqtisadi dividentlər qazandırmış olur. Çin hökuməti faktiki olaraq 6 ilə yaxındır ki, konteyner qatarlarını Xəzər dənizindən keçirməklə Bakı-Tbilisi-Qars dəmir yoluna bağlayıb. Son illərdə bu xətt üzrə yükdaşınmaların həcminin artması da bu polad magistralın beynəlxalq hüquqi statusunu və əhəmiyyətini artırır. BTQ qlobal nəqliyyat icmasında təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, qitələri birləşdirən, Asiya və Avropa arasında vacib bağlantını təmin edən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrilməklə 150 ölkə tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli hissəsi kimi qəbul edilir. Bu layihə ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə etməklə iqtisadi, ticari, maliyyə və digər sahələrdə təmasları bir araya gətirir.
Orta Dəhlizin imkanları Çində müzakirə olunub
Daşınmalarda mühüm logistik üstünlüyü ilə seçilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yük ötürücülüyü də 2 dəfəyə yaxın yüksəlib. Hazırda bu limanla bir coğrafiyada birləşən Ələt Azad İqtisadi Zonasında beynəlxalq investorlarla yeni infrastrukturların işə salınması gələcəkdə ötürücülüyün daha da genişlənməsinə imkan yaradacaq. Bu, Azərbaycan dövlətinin müasir nəqliyyat siyasətinin əsas hədəf seçimlərindən biridir. “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, tranzit daşınmaların rəqəmsallaşdırılması və ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Əslində Zəngəzur transkommunikasiya xəritəsidir, Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Rəsmi Pekin də bu xətti Yeni İpək Yolunun əsas həlqələrindən biri hesab edir. Bu məsələ Çinin ən yüksək dövlət rəsmiləri ilə müzakirə olunub, Çinin ölkəmizdəki səfiri həmin dəhlizin Orta Dəhlizə inteqrasiyasını müasir nəqliyyat arteriyasının üzvü kimi gördüyünü vurğulayıb. Bu dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər ki, bu, olduqca böyük rəqəmdir və Pekinin də uzunmüddətli iqtisadi baxışları ilə üst-üstə düşür. Bu günlərdə Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları”nın rəhbər heyətinin hökumət üzvləri ilə görüşündə də Orta Dəhlizin imkanları müzakirə olunub və bu hərəkət arteriyasında qatarların sayında və daşınan yüklərin həcmində əhəmiyyətli artımlar təqdir olunub. Azərbaycanın BTQ-nin ötürcülüyünün genişləndirilməsi istiqamətində gördüyü işlər yüksək dəyərləndirilib. Yəni, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ayrılmaz qovşağına çevrilən Zəngəzur dəhlizinin tezliklə reallaşmasını dəstəkləyən ən təşəbbüskar ölkələrdən biri də Çindir.
Vahid nəqliyyat kompoziyası...
Beləliklə, Orta Dəhliz-Zəngəzur vahid nəqliyyat kompoziyası kəsb etməklə region və dünya üçün beynəlxalq əhəmiyyətini artırmaqdadır. Zəngəzurun gerçək logistik təsvirini və iqtisadi təsnifatını isə belə səciyyələndirmək olar:
- Dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldır.
- Böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır.
- Beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir.
Beləliklə, Zəngəzur dəhlizi Azərbaycanın təkcə Naxçıvanla yol-nəqliyyat bağlantısını təmin edən kommunikasiya vasitəsi anlayışından daha güclü iqtisadi-siyasi mahiyyət daşıyır və Çindən Avropaya sürətli və qısa makrokommunikativ sistemə çevrilir. Eyni zamanda, bu dəhliz Azərbaycanın yeni nəqliyyat strategiyasının ən mühüm hissəsi olmaqla çoxşaxəli və balanslaşdırılmış tranzit siyasətini ifadə edərək birbaşa rifah və əməkdaşlıq formatına əsaslanır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

