Türk Dövlətlərinin yeni iqtisadi platforması
31.05.2024 [10:33]
Qiymətləndiricilərin Forumu əməkdaşlıq imkanlarını əlaqələndirməyi hədəfləyir
E.CƏFƏRLİ
Mayın 31-i və iyunun 1-də Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçiriləcək. Tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan qiymətləndirici birliklərinin rəhbərləri ilə yanaşı, Rusiya, Belarus və Gürcüstanın da bu sahə üzrə tanınmış mütəxəssislərinin iştirakı nəzərdə tutulub. Forumda türk dövlətləri qiymətləndiriciləri, eləcə də digər nümayəndələr və biznes icması, iqtisadi assosiasiyalar arasında yeni əməkdaşlıq formatlarının qurulması, əlaqlərin birləşdirilməsi və ortaq milli qiymətləndirmə siyasətinin həyata keçirilməsi, bu sahədə vahid məlumat bazasının yaradılması planlaşdırılır.
Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və vahid platformanın yaradılması istiqamətində ən mühüm addımlardan biri kimi ölkələrin qiymətləndirici təşkilatlarının da vahid ailədə birləşdirilməsi əsas prioritetlərdən biridir. Bu siyasətə əsasən, ötən ilin aprel ayında Bakıda keçirilən “Zirvə Görüşü”ndə Türk Dövlətləri Qiymətləndiricilər Birliyi yaradılıb və təşkilatın mərkəzi ofisi Qazaxıstanın Türküstan şəhərində yerləşir.
Türk Dövlətlərinin Qiymətləndiriciləri arasında əməkdaşlıq planları əsas etibarilə qiymətləndirmə sektorunun inkişafında birgə təcrübələrin bölüşdürülməsi, bu sahədə maliyyə hesabatlarının təqdim edilməsinin yeni standartlarının hazırlanması və mübadiləsi, şəffaflıq üzrə yeni tətbiqlərin əlaqələndirilməsi və digər sahələri əhatə etməkdədir. Üzv ölkələr arasında qiymətləndirmə fəaliyyəti fərqli olsa da, ümumi yanaşma oxşardır. Belə ki, hər bir ölkənin qiymətləndirici strukturları daşınar əmlak, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, daşınmaz əmlak, o cümlədən torpaq sahələri, mədəni irs nümunələri və təbii sərvətlər, tarix, mədəniyyət və təbiət abidələri, qeyri-maddi əmlak və əqli mülkiyyət, digər istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti həyata keçirdiyindən həmin sahələrdəki yeniliklər hər biri üçün əhəmiyyət kəsb edir. Bu baxımdan, türk dövlətləri müasir dövrdə maliyyə şəffaflığı və hesabatlılığın xüsusi ön plana çıxdığı çağırışlara uyğun olaraq qarşılıqlı fəaliyyətin birləşdirilməsini daha vacib hesab edir. Bu məsələ bir neçə ay əvvəl Ankara şəhərində keçirilən Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısında da əsas diqqət mərkəzində olub. Həmin toplantıda üzv ölkələr tərəfindən qəbul edilmiş 2024-2025-ci illərə dair Fəaliyyət planına əsasən, qiymətləndirmə üzrə ortaq sənədin hazırlanması nəzərdə tutulur.
Yeni konseptual sənəd türk dövlətləri arasında təkcə qiymətləndirici orqanların əlaqələrinin inkişafına deyil, həm də bu ölkələrin digər iqtisadi strukturlarının da əməkdaşlığına mühüm töhfələr verə bilər. Çünki qiymətləndirmə fəaliyyəti iqtisadiyyatın bir çox sahələrini əhatə edir və xüsusilə də maliyyə sektorunda hesabatlılığın təmin edilməsində, dövlət satınalmaları sahəsində yeni meyarların mənimsənilməsində də əhəmiyyətli rol oynaya bilər.
Türk dövlətləri, o cümlədən Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, azad ticarət, güzəştli gömrük rejimlərinin yaradılması istiqamətində səylər gücləndirilir. Türk dövlətləri arasında şəffaflığın və hesabatlılığın ən yeni modelləri qarşılıqlı olaraq mənimsənilir, tərəfdaş qurumlar arasında bacarıqların artırılması, o cümlədən qabaqcıl təcrübələrin paylaşılması, mütəxəssislərin mübadiləsi və birgə araşdırmaların aparılması, ekspert məsləhətləşmələri və texniki yardımın təşkili nəzərdə tutulur. Türk dövlətləri Azərbaycanın müəllifi olduğu “Asan Xidmət” modelinin öyrənilməsi və tətbiqinə xüsusi önəm verir, eləcə də tərəflər iqtisadi idarəetmədə ən demokratik meyarların, şəffaflıq prinsiplərinin tətbiqində birgə mübadiləni artırmağa çalışır. Xüsusilə də, Azərbaycan və Türkiyə müasir rəqəmsal və elektron xidmətlərin mübadiləsinin təşviqində fəal rol oynayır. Ona görə də bu cür iqtisadi layihələrin vahid türk ailəsinin hər birinə açıq olduğu bir dönəmdə qiymətləndirici qurumların da əlaqələrində vahid koordinasiyanın qurulması iqtisadi-maliyyə yeniliklərinin qarşılıqlı mübadiləsini stimullaşdırmış olacaq. Həmçinin türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirir, milli iqtisadiyyat quruculğu planlarını vahid sistemdə birləşdirərək regional iqtisadi model formalaşdırmağa çalışır. Bütün bu layihələr maliyyə şəffaflığı və asan ticari münasibətlər fonunda genişlənməklə bu prosesə cəlb edilən biznes icmaları arasında ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafına da töhfə vermiş olur.
Yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq gələcəkdə türk dünyasının iqtisadi proseslərdə rolunun güclənməsi yönündə yeni bir addım olduğundan bu baxımdan Türk Dövlətləri Qiymətləndiricilərinin Forumu türkdilli ölkələr arasında əməkdaşlıq yeni təşkilati mərhələyə yüksəlməklə yanaşı, həm də iqtisadi sahələrdə əlaqələrin güclənməsinə də zəmin yaratmış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

