Birrəqəmli inflyasiya davam edəcək
11.06.2024 [10:30]
“Standard & Poor’s” yaxın 2 ildə ölkəmizdə aşağı qiymət indeksinin qorunacağını proqnozlaşdırır
“Standard & Poor’s” (“S&P Global Ratings”) beynəlxalq reytinq agentliyi açıqladığı yeni sənəddə Azərbaycanda 2024-cü il üzrə orta illik inflyasiyanın 3 faiz səviyyəsində proqnozlaşdırıldığını bildirir. Agentliyin hesabatında, həmçinin 2025-2027-ci illərdə orta illik inflyasiya gözləntilərinin 3 faiz olacağını bildirir. Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz 2029-cu ildə isə 4 faiz təşkil edəcəyinə dair qeydlər öz əksini tapıb. Eləcə də, Dünya Bankı ölkəmizdə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz olacağını ehtimal edən açıqlama ilə çıxış edib. Həmçinin, Asiya İnkişaf Bankının proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,5 faiz 2025-ci ildə isə 6,5 faiz olacağına dair proqnozlar yer alır.
Azərbaycan hökumətinin inflyasiya ilə bağlı proqnozları da qeyd edilən beynəlxalq qurumların ehtimallarına yaxındır. Dövlət Statistika Komitəsinin məlumatında da cari ildə inflyasiyanın təxminən 5,3 faiz olacağına dair proqnozlar öz əksini tapıb. Cari ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2,4 faiz təşkil edib ki, bu da illik inflyasiyanın daha da aşağı düşəcəyinə işarə edir. Mərkəzi Bankın (MB) 2024-cü ildə inflyasiya gözləntiləri ilə bağlı proqnozunda isə qiymət indeksi 2024-2025-ci illərdə 4 faiz olacağı əksini tapıb. MB hesab edir ki, mövcud makroiqtisadi şərait və bazar təhlilləri inflyasiyanın artırıcı və azaldıcı risklərinin bir-birini tarazlaşdırdığını göstərir və inflyasiya proqnozları azalan istiqamətdə dəyişir.
İnflyasiya ilə bağlı təhlillər onu göstərir ki, 2024-cü ilin yanvar-aprel aylarında ərzaq məhsullarının qeyri-ərzaq məhsulları ilə müqayisədə qiyməti daha az artıb. Yəni, idxal inflyasiyası arxa plana keçib və birbaşa ümumi inflyasiya dərəcəsinə təsir göstərən faktor aradan qalxıb. Belə ki, 2024-cü ilin martında inflyasiya illik əsasda 0,3 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 faiz ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 faiz aşağı düşüb. Bütün bunlar qiymət indeksinin ilin sonuna qədər səngiməsi üçün əsas faktorlardan biri kimi səngiməsinə işarədir.
Hazırkı sabit inflyasiya iqtisadi və sosial baxımdan əlverişlidir. İlk növbədə, inflyasiyanın səngiməsi sosial baxımdan əhalinin gəlirlərinə, yığımlarına və aylıq maaşlarına müsbət təsir göstərir, onların aylıq xərcləri inflyasiyanın yeminə çevrilmir.
Ona görə də hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və anti-inflyasiya tədbirləri 2023-cü ildə strateji məqsəd kimi müəyyən edildiyindən bu kurs 2024-cü ildə də prioritet kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.
Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiyasi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar bitməyib, Yaxın Şərqdə - İsrail və Fələstin arasında baş verən münaqişə də sona çatmayıb, bütün bunlar qlobal bazarlara mənfi təsirləri artıra bilər və qiymət dalğalanmalarına öz neqativ təzyiqini göstərməsi mümkündür.
Qeyd edək ki, Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı ilə ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülməsi tapşırılıb və bu qərarın icrası təkcə 2023-cü ilə aid deyil. Məqsəd inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlamaq, endirilməsi, əhalinin gəlirlərinə təzyiqləri neytrallaşdırmaq olduğundan bu siyasət 2024-cü il üçün də aktualdır.
Birrəqəmli inflyasiyanın qorunub saxlanılması ilk növbədə, ölkədə biznesin iqtisadi və maliyyə imkanlarının sabitliyi və gəlirlərin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, neft sektorunun ümumi iqtisadi artımda payının azaldığı, qeyri-neft drayverlərinin hərəkətliliyinin yüksəldiyi indiki iqtisadi mərhələdə nəzarətdə saxlanılan inflyasiyanın iqtisadi fəallığın artmasında mühüm rolu vardır. İkinci mühüm faktor sabit qiymətlərin sosial siyasətin dayanıqlılığına təsiridir. Son illər hökumət qlobal inflyasiya təzyiqlərinin, idxal inflyasiyasının daxili bazara təsirlərini, xüsusilə də əhalinin sosial vəziyyətinə mənfi fəsadlarını nəzərə alaraq sosial paketlər icra etdi. Son 5 ildə 4 sosial paketin qəbul olunmasında əsas hədəflərdən biri də məhz əhalinin sosial rifahının inflyasiya təzyiqlərindən qorunması idi. Beləliklə, növbəti ildə inflyasiya ocaqlarının söndürülməsi nəticəsində sosial sahədə müsbət meyillərin təmin ediləcəyi şəksizdir.
Ona görə də, 2024-cü il ərzində hökumətin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə saxlanılacaq. Ötən il kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də çağırış kimi iqtisadi blokun masasında olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

