Azərbaycanla Gürcüstan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq
11.06.2024 [10:35]
Dost ölkələr olan Azərbaycanla Gürcüstan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq. Bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilib.
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır. “Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.
İki ölkə arasındakı mövcud sərhəd-keçid məntəqələri
Bu gün tarixi ənənələrlə bir-birinə bağlı olan Azərbaycanla Gürcüstan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əlaqələrini də getdikcə dərinləşdirirlər. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək respublikamız Gürcüstana 3,3 milyard dollardan çox investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Azərbaycan 2024-cü ilin 1-ci rübündə Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub. Bəhs olunan dövrdə Gürcüstan Azərbaycandan 208,84 milyon dollar dəyərində mal və məhsullar idxal edib. Gürcüstanın Azərbaycana ixracı isə 191,94 milyon dollar təşkil edib. Bütövlükdə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400,79 milyon dollar səviyyəsində olub.
Azərbaycanla Gürcüstanın sıx əməkdaşlıq etdikləri istiqamətlərdən biri nəqliyyat sektorudur. İndiyədək iki ölkə arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən olunub. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş 2021-ci ildə Bakıda imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi sözügedən Sazişin təsdiq edilməsi barədə Qanuna əsasən iki ölkə arasında aşağıdakı sərhəd-buraxılış məntəqələri müəyyənləşdirilib:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
“Böyük-Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) - “Krasnıy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) - “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) - “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
“Sadaxlı” (Azərbaycan) - “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
“Muğanlı” (Azərbaycan) - “Samtatskaro” (Gürcüstan).
Davamlı şəkildə artan daşımalar
Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan və Gürcüstan üzərindən keçən marşrutlara maraq heç vaxt olmadığı qədər artıb. İki ölkə arasında bərqərar olan dostluq münasibətləri, uzunmüddətli sabitlik, tərəflərin fəaliyyətlərini bir-biri ilə uzlaşdırmaları Orta Dəhlizin, bütövlükdə Şərq-Qərb marşrutunun üstünlüklərini və cəlbediciliyini artırır. Hər iki ölkə müasir infrastruktur quruculuğunu diqqət mərkəzində saxlayır. Zamanında bir sıra maneələrə baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə çox mühüm nəqliyyat layihəsini reallaşdırmaları böyük hadisədir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır. 2023-cü ilin may ayından BTQ dəmir yolunun Gürcüstan hissəsinin 184 kilometrlik hissəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə layihənin icrasına başlanıb. Cari il mayın 20-də tamamlanan modernləşdirmədən sonra BTQ dəmir yolunun yükaşırma imkanları artıb. Qeyd edək ki, Azərbaycandan ilk yük qatarı modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə mayın 25-də səhər saatlarında Türkiyə ərazisinə daxil olub. Qatar 20 konteynerə yüklənmiş 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb.
Bütövlükdə Azərbaycan və Gürcüstan üzərindən keçən marşrutlarla daşımalar intensiv şəkildə artır. Cari ilin birinci rübündə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7 milyon 980,6 min ton, yük dövriyyəsi isə 3 milyard 233,8 milyon ton-km olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, daşınmış yüklərin həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9 faiz artım müşahidə olunub. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763,3 min tona çatıb. Avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə çoxalıb.
Perspektivdə Azərbaycan Gürcüstanla nəqliyyat sektorunda əməkdaşlığını daha da genişləndirmək əzmindədir. Məlumdur ki, Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var. Həmin limanın genişləndirilməsi nəzərdə tutulur. Ölkəmiz həmçinin Gürcüstanın yeni infrastruktur layihələrinin yaradılmasında maraqlı olduğunu bildirib. O cümlədən Qara dənizdə Anakliya limanının inşası ilə bağlı müzakirələr aparılır. İki ölkə arasında yeni gömrük-keçid məntəqəsinin yaradılması daşımaların davamlı olaraq artması ilə şərtlənir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

