III dəfə...
11.06.2024 [10:40]
İqtisadi hədəflərə verilən ali dəyər
Ölkəmiz BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib
Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib. Dünyanın ali qurumunda keçirilən səsvermədə ölkəmiz 148 səslə üzvlük haqqını qazanıb və bununla da 2025-2027-ci illər üzrə 3-cü dəfə Şuranın sırasında yer alıb. Qeyd edək ki, Azərbaycan ilk dəfə 2003-2005-ci illərdə, ikinci dəfə 2017-2019-cu illərdə adıçəkilən Şuranın üzvü olub.
İqtisadi və Sosial Şura nədir və hansı əhəmiyyəti var?
BMT-nin 6 əsas orqanından biri olan bu Şura 1945-ci il iyunun 26-da təsis edilib və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, 9 funksional və 5 regional komissiyalarının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.
BMT ilə iqtisadi və sosial proqramlarda yaxın tərəfdaş olaraq iştirak edən Azərbaycan öz fəaliyyətində dayanıqlı inkişaf məqsədlərini hər zaman rəhbər tutaraq müasir qlobal inkişaf çağırışlarına töhfə verməyə çalışır. Bu çərçivəyə uyğun olaraq BMT-nin Davamlı İnkişaf Məqsədləri ailəsində yer alan və daim öz iqtisadi hədəflərini həmin prioritetlərin gerçəkləşməsinə fokuslayan ölkəmiz insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, bu istiqamətdə uğurlu sosial layihələrin icrasına nail olub.
Bu siyasətin davamı kimi Azərbaycan BMT-nin də ali hədəf siyasətinə cavab verən Minilliyin İnkişaf Məqsədləri strategiyasına qoşularaq 2015-ci ildən bu yana insan inkişafı ilə bağlı əlavə tədbirləri və keyfiyyətli həyat standartlarının tətbiqini icra edib. Nəticədə ölkəmizdə yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilən siyasət öz müsbət bəhrəsini verib. Təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacların ödənilməsi səviyyəsi yaxşılaşıb. Tərəqqi naminə gücləndirilmiş qlobal həmrəylik ruhunda, sosial baxımdan aztəminatlı təbəqənin ehtiyaclarına ayrıca diqqət yetirərək dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlığın yenidən canlandırılması və tələb olunan vasitələrin səfərbər edilməsi istiqamətində əlavə tədbirlər davam etdirilir.
Respublikamız iqtisadiyyatın milli inkişafını nəzərdə tutduğu hədəf göstəricilərinə tam çatmağa nail olub. Eyni zamanda, həmin konsepsiyada üzərinə götürdüyü digər bir mühüm prioritetə - 2020-ci ilədək Dünya Bankının (DB) adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”arasında tamhüquqlu ölkə olması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəfinə də çatıb.
BMT-nin “Dayanıqlı İnkişaf 2022” hesabatında isə ölkəmiz 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb və Azərbaycan dünyanın 163 ölkəsi arasında “davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dur ki, bu da Azərbaycanın göstəricisindən aşağıdır.
Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəcarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.
Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda “yayılma və ya təsir indeksi” də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfi təsirlərə səbəb olduğunu göstərir.
Hazırda isə 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” strateji sənədinə əsasən, Azərbaycan digər yeni həyat keyfiyyətlərinin təmin edilməsini qarşıya məqsəd qoyub.
“Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişaf sahəsində tərəqqinin əldə olunmasına tam imkan yaradır.
“Gündəlik-2030” strategiyasında müəyyən edilmiş qlobal məqsəd və hədəflər sırasında iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi ön planda dayanır. Bu baxımdan COP29-un Azərbaycana həvalə edilməsi ikitərəfli tərəfdaşlığın daha bir yüksək təzahürüdür.
Beləliklə, BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın yüksək səslə üzv seçilməsi ölkəmizin yuxarıda vurğuladığımız iqtisadi və sosial tədbirləri layiqincə yerinə yetirməsi, BMT ilə bu sahədə etibarlı tərəfdaşlığın möhkəmlənməsi və sosial-iqtisadi sahədə son onillikdə əldə edilən nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisi sayıla bilər. Ölkəmiz Şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.
Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP) Sədri kimi məsuliyyətli və böyük bir missiyanı üzərinə götürməsi ilə yanaşı, İqtisadi və Sosial Şuraya üzv seçilməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun daha bir göstəricisi, qlobal iqtisadi ailənin etibarlı nümayəndəsi kimi öhdəliklərini layiqli şəkildə icra edən dövlət olmasını təsdiqləyir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

