Azad rəqabətə və şəffaflığa əsaslanan tərəfdaşlıq...
06.07.2024 [10:50]
Dövlət-özəl sektor əməkdaşlığı dövlətin investisiya gücünə əlavə güc qatır, qeyri-neft sektorunun inkişafına töhfə verir. Bu məsələ Bakıda keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və “PwC Azərbaycan” şirkətinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda sammitdə iqlim dəyişikliyində də əsas diqqət mərkəzində olub, ətraf mühitin qorunması istiqamətində çoxplanlı tədbirlərdə bütün tərəflərin birgə potensial səylərinin birləşdirilməsinə diqqət çəkilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, iqtisadi fəaliyyətin və tərəqqinin sürətləndirilməsi üçün platforma rolunu oynayan Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dövlətlə yanaşı, özəl sektorun da üzərinə böyük məsuliyyət düşür və dövlət-özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacib və aktual məsələyə çevrilib.
Dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verilməsində məqsəd nədir?
Dövlətin ölkənin geniştutumlu infrastruktur və inkişaf layihələrində bütün işləri yerinə yetirməyə fiziki və texniki imkanları çatmır, eləcə də bir çox sahələrdə bazar iqtisadiyyatının tələbləri özəl sektorun bu işlərdə fəsl rol oynamasını zəruri edir. Ona görə də dövlət özəl sektoru vahid prinsiplər müəyyən etməklə bir məqsəd ətrafında sıx əməkdaşlığa dəvət edir. Məqsəd infrastrukturların yaradılması və təmiri, müxtəlif istehsal və xidmət sahələrinin qurulmasında və inkişafında özəl sektoru aparıcı tərəf kimi aktivləşdirməkdir.
2022-ci ilin dekabrında “Dövlət-özəl tərəfdaşlıq haqqında” qanun qəbul edilib və qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərinin göstərilməsi, zəruri infrastrukturların yaradılması və idarəedilməsi, habelə müxətlif iqtisadi layihələrdə təmsilçiliyin təmin edilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına əsasən, ümumi dəyəri 30 milyon manatdan yuxarı olan layihələrin dövlət-özəl tərəfdaşlığı qaydasında həyata keçirilməsinə razılıq verilir. Bu, məbləğ kifayət qədər böyük sərmayə deməkdir və infrastrukturların müasirləşdirilməsində özəl bölmənin daha fəal rol oynamasında maliyyə güvənliyi deməkdir. Ona görə də dövlət-özəl tərəfdaşlığı qanunun aliliyi, azad rəqabətin qorunması, şəffaflıq və səmərəliliyin artırılması, iddiaçıların hüquq bərabərliyi və tərəflər arasında maraq və risk balansının qorunması prinsipləri əsasında həyata keçirilməsi əsas şərt kimi ilk sırada dayanır.
Hökumət özəl sektora bu fəaliyyət növlərinə daha çox cəlb etmək, stimullaşdırmaq məqsədilə bir sıra güzəşt və imtiyazları verməyi öhdəsinə götürüb. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında” qanununda nəzərdə tutulan bütün təşviq tədbirləri, vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, habelə digər qanunvericilikdə tətbiq edilmiş əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar özəl sektora da şamil edilir. Həmçinin, özəl tərəfdaşa hansısa layihənin icrası üçün tələb olunan maliyyə vəsaitlərin verilməsi ilə yanaşı, onların texniki təminat və dövriyyə vəsaitləri təchizatında da dəstəkləyici funksiya yerinə yetirilir. Özəl şirkət istehsal və xidmət üçün tələb olunan material və avadanlıqlarla təchiz edilir, ona subsidiya və ya kreditlər verilir, kapital qoyuluşuna imkan yaradılır, istehsal olunan məhsulun satışı üzrə müvəqqəti olaraq müstəsna hüquqlar verilir.
Qaydalara əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsi kreditorlar tərəfindən maliyyələşdirilə bilər və bu zaman tərəflər arasında kredit müqaviləsi bağlanacaq. Dövlət tərəfindən təmsil olunan şirkətin vəsaiti büdcə hesabına təmin olunacaq, tikinti başa çatdıqdan sonra kommersiya şərtləri ilə satışa çıxarılacaq mənzil və obyektlərdən əldə ediləcək gəlirlər hesabına özəl şirkət kreditora borcunu qaytaracaq.
Ötən dövr ərzində dövlət-özəl tərəfdaşlıq modeli çərçivəsində indiyə qədər bir sıra layihələr hazırlanıb və icra edilib. MİDA-nın timsalında 2 il əvvəl pilot layihəyə start verilib və investorlar tərəfindən “tik-idarə et-təhvil ver” formatı (TİT modeli) əsasında gerçəkləşən layihə yaşayış tikintisini nəzərdə tutub. Bu layihələr sırasında içməli suyun istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması hazırda ən aktual və xüsusi əhəmiyyət daşıyır. Təhsilin İnkişafı Fondu Ailə “Silk Vey Vest aviaşirkəti” MMC arasında imzalanmış müqaviləyə əsasən, dövlət-özəl əməkdaşlığı formatına uyğun olaraq ölkəmizin müxtəlif şəhər və rayonunda 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, təhsil sektorunda ilk layihə olsa da, qarşıdakı dövrdə digər özəl şirkətlərin bu prosesə cəlb olunmasında zəmin olacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində bir sıra layihəlıərin icrası da nəzərdə tutulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bir sıra insrastrukturların yaradılmasında dövlət investisiya proqramlarının vəsaitləri ilə yanaşı, özəl bölmənin sərmayələrinin cəlb edilməsi və birgə maliyyə təşəbbüslərinin dəstəklənməsi ilə bağlı tədbirlər müəyyənləşib. Xüsusilə də “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, “yaşıl texnologiyalar”ın tətbiqi üzrə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi xüsusi yer tutur. Artıq azad ərazilərdə də özəl bölmənin ilk layihələrinin təməli qoyulub. Ağdam şəhərində özəl tikinti şirkəti “PMD Group” tərəfindən “Ağdam Rezidens” yaşayış kompleksinin inşasına start verilib. Özəl sektorun Ağdam şəhərində digər bir layihəsi “Park Hill” şirkəti tərəfindən yaradılan “Park Qarabağ” yaşayış kompleksidir. Bundan başqa, özəl sektor Suqovuşanda, Hadrutda inşaat işlərinə başlayıb. Xankəndidə özəl investisiya layihələrinin icrası üçün sahibkarların təklifləri nəzərdən keçirilir. Digər rayon və qəsəbələrdə də dövlətlə yanaşı, özəl şirkətlərin inşaat işlərinə cəlb edilməsi üçün təşəbbüslər davam etdirilir.
Dövlət-özəl tərəfdaşlığının spektiri olduqca geniştutiumlu olduğundan ətraf mühit, ekologiya, infrastruktur və digər sahələrdə meydana çıxan yeni çağırışlar əlavə tələbatlar yaradır. Hazırda Azərbaycam iqlim dəyişiklikləri ilə mübarizədə bütün imkanlarını səfərbər edib və bu strateji hədəf tədbirlərində özəl sektirun da aktiv fəaliyyətinə bel bağlayır. Azərbaycanın dayanıqlı inkişaf məqsədləri ilə bağlı üzərinə götürdüyün öhdəliklərdən biri ESG-lə bağlı olduğundan, həmin prinsiplərin əsas komponentlərindən biri kimi ətraf mühitlə bağlı layihələrdə özəl sektorla birgə tərəfdaşlıq daha vacib xarakter alır.
Dövlət və özəl şirkətlərin birgə əməkdaşlığı həm dövlətin prinsip və planlarının icrasında kömək edir və dövlətin investisiya gücünə əlavə güc qatır, həm də infrastruktur, tikinti, xidmət və digər sektorlarda insanların davamlı məşğulluğunun təmin olunmasına töhfə verir, iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM-in böyüməsinə imkan yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

