TDT-nin “Rəqəmsal İpək Yolu”...
10.07.2024 [09:50]
Qarabağ Bəyannaməsi türk dövlətlərinin Avropa ilə Asiya arasında rəqəmsal dəhlizinin mərkəzinə çevrilməsinin hüquqi əsaslarını müəyyənləşdirir
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri də qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır.
Türk dövlətləri arasında son illərdə qabaqcıl kommunikasiyaların mübadiləsi və artan iqtisadi dinamikadan qaynaqlanan yeni tələbatlar bir çox sahələrdə olduğu kimi vahid rəqəmsal platformada da koordinasiyanın qurulmasını aktuallaşdırır. Xüsusilə də, üzv ölkələr arasında regional ticarət həcmlərinin davamlı olaraq artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin genişlənməsini təşviq edən yeni ölkələrarası razılaşmaların imzalanması rəqəmsal ticarətin əlaqələndirilməsini zəruri edir.
“Digital Hub” - ən innovativ iqtisadi platforma
TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi qarşıdakı ilin əsas iqtisadi hədəflərindən biri olacaq. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır. Tərəflər ötən il noyabr ayında Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub.
Qardaş ölkələr öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.
Qarabağ Bəyannaməsində digər bir rəqəmsal platforma elektron və rəqəmsal ticarətin vahid türk ailəsində birləşdirilməsidir. Bu məqsədlə türk dövlətləri qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensiala çatdırmaq üçün ticarətdə texniki maneələrin aradan qaldırılmasını və Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinə uyğun olaraq güzəştli rejimlərin tətbiqini əsas həll yollarından biri hesab edirlər. Qarabağ Bəyannaməsində bununla bağlı bənddə DEPA üzrə səmərələşdirici təkliflərin hazırlanması və yaxın müddətdə tamamlanması nəzərdə tutulub.
Türk dövlətlərinin gömrük-ticarət siyasətinə şamil ediləcək hüquqi mexanizm
Həmin istiqamət üzrə digər hədəf yerüstü nəqliyyat daşınmalarında tətbiq olunan rüsumların differensiallaşdırılması və optimallaşdırılmasıdır. Bu, üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsi deməkdir. Belə bir nümunəni artıq Azərbaycan və Türkiyə öz ticarət rejimlərində 2 ilə yaxındır ki, tətbiq etməkdədir. Belə ki, preferensial hüquqi çərçivəyə əsasən, iki ölkə bir-birinə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Ona görə də, bu hüquqi mexanizmin bütün türk dövlətlərinin gömrük-ticarət siyasətinə şamil edilməsi nəzərdə tutulur.
Həmçinin, ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutlur ki, bu da iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. Beləlilklə, DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
TDT-nin “Rəqəmsal hökumət”lə bağlı gələcək gündəliyi isə daha güclü elektron infrastrukturlarının yaradılmasını nəzərdə tutur. Bu məqsədlə türk dövlətləri arasında əməkdaşlıq və mübadilələriniun artırılması, elektron sənəd mübadiləsi üçün e-imza-rəqəmsal imza mexanizmlərinin uyğunlaşdırılması və onlayn dövlət xidmətlərinin inteqrasiyası, kiberinsidentlərə və kiberhücumlara qarşı ümumi kibertəhlükəsizliyin qorunması tədbirləri üzrə vahid koalisiyanın yaradılması və digər rəqəmsal təcrübə və təşəbbüslərin inkişaf etdirilməsi planlaşdırılır.
Süni intellekt layihələrinin inkişafı üçün...
Qarabağ Bəyannaməsində süni intellekt layihələrinin uğurlu inkişafı üçün üzv dövlətlərin böyük dil modelinin yaradılması, xüsusilə də təhsil platformalarında bu modelin daha çox inkişaf etdirilməsi, habelə bu model əsasında səhiyyə texnologiyalarının təkmilləşdirilməsi kimi prioritetlər də mühüm yer tutur. Bu çərçivəyə uyğun olaraq, üzv ölkələr milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılması məqsədilə birgə kosmik layihələrin inkişafında səylərini birləşdirməyi qərara alıb. Türkiyə və Azərbaycan artıq bu istiqamətdə səmərəli əməkdaşlıq qurub və ortada yaxşı nümunə var. Bu təcrübə bütün türk dövlətləri üçün kosmik texnologiyalar sahəsində kompleks bir yanaşmaya çevrilməklə, ümumilikdə, TDT-nin kosmik sənaye gücünü artıracaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

