Vətəndaşların qiymətli kağızlar bazarında iştirakı artırılır
23.08.2024 [10:10]
Mərkəzi Bank (MB) xarici ölkələrin birjalarında dövriyyədə olan qiymətli kağızların Bakı Fond Birjasında satışa çıxarılmasını təmin etməyə çalışır. Bununla bağlı qlobal təşkilatlarla müvafiq müzakirələr aparılır və ilkin razılaşmalar əldə olunub. Eyni zamanda, Azərbaycana aid qiymətli kağızların xarici ölkələrin fond bazarlarında yerləşdirilməsi və satışı da istisna edilmir. Ümumilikdə, qiymətli kağızların müvafiq ölkələr arasında sərbəst ötürülməsinin təşkili və qarşılıqlı inteqrasiyanın təmin edilməsi yaxınmüddətli dövr üzrə əsas hədəflərdən biridir. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda investorların təşviqi məqsədilə bir sıra maliyyə-investisiya alətlərinin tətbiqi nəzərdə tutulub ki, bunlardan biri qiymətli kağız və səhmlər üzrə xarici tərəfdaşlığın qurulmasıdır.
Mərkəzi Bank fiziki şəxslərin fond bazarında iştirakını artırmaq niyyətindədir. Artıq bir neçə mobil bankda birbaşa investisiya imkanı yaradılıb. Bəzi investisiya şirkətləri tərəfindən bazarda iştirak şərtləri sadələşdirilib və yeni fürsətlər yaradılıb. Həmçinin Bakı Fond Birjası tərəfindən fərdi investor bazasının genişləndirilməsi proqramı çərçivəsində bir sıra tətbiqlər nəzərdə tutulur.
Ümumiyyətlə, qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək və investisiya mühitini canlandırmaq üçün istiqrazlarla yanaşı, digər qiymətli kağızların emissiyasının arıtırılması, bu prosesə fiziki şəxslərin daha çox cəlb edilməsi üçün müxtəlif motivasiyalar nəzərdə tutulur. Hazırda ölkəmizdə, səhm və istiqrazlarla yanaşı, hal-hazırda maliyyə risklərinin idarəsi üçün fyuçers, opsionların ticarətinin təşkili, həmçinin pay fondlarının indeksləri üzrə ticarət imkanlarının yaradılması Azərbaycan kapital bazarlarına əhəmiyyətli dərəcədə müsbət təsir göstərər. Eləcə də investisiya şirkətləri vasitəsilə investorlar həm dövlət, həm də digər korporativ istiqrazlarla ticarət edə, həmçinin müxtəlif beynəlxalq valyutaların, fərq müqavilələrinin ticarəti üzrə törəmə maliyyə alətlərinin ticarətindən yararlanmaq mühiti mövcud olsa da, vətəndaşların bu prosesdə iştirakı zəifdir. Həmçinin qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək üçün yetərincə gəlirliliyə malik olan, etibarlı və daim alınıb-satıla bilən likvid maliyyə alətlərinə ehtiyac vardır. Eləcə də digər korporativ qiymətli kağızlar misalında qiymətli kağızlar bazarında aktivliyin artmasını nəzərə alaraq, əminliklə deyə bilərik ki, investorları birjaya cəlb etmək mümkündür. Ölkəmizin qiymətli kağızlar bazarında ticarət həcminin digər inkişaf etmiş ölkələrin kapital bazarlarına nisbətən az olması da bu sahədə marağı azaldır, bunun üçün adi vətəndaşların bu bazara həvəsləndirilməsini təşviq edən yeni alətlərin tətbiqi vacibdir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən son dövrlərdə kapital bazarının inkişafına dair strateji plana əsasən, bir sıra əhatəli tədbirlər həyata keçirilməkdədir. Strateji Plana əsasən, Qiymətli Kağızların Emissiyası Sistemi yarad??ıb. Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir. Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və ya azaldılması investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir. Prosesin vahid portal üzərindən icrası və əməliyyatların elektronlaşdırılması ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verməkdədir.
MB özü də qiymətli kağızlar bazarında fəal rol oyanamaqla investor kimi strateji planlarını həyata keçirmək niyyətindədir. Bankın ortamüddətli dövr üzrə investisiya strategiyasının əsas hədəf prioritetləri konservativ investor kimi sabit gəlirli qiymətli kağızlar bazarında investisiya alətlərini möhkəmləndirməkdən ibarət olacaq. Bura investisiya reytinqli dövlət və suveren istiqrazlardan, habelə pul bazarı alətləri daxildir. Həmin qiymətli kağızlar üzrə investisiya siyasəti ötən illərdə səmrəli alətlər kimi özünü təsdiq etdiyindən daha da inkişaf etdirilməsi məqsədəuyğun hesab olunur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

