Argentinanın nümayəndə heyəti ölkəmizdə səfərdədir
18.12.2012 [00:34]
Səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti ilə Argentina Respublikası hökuməti arasında vergi məlumatlarının mübadiləsi haqqında” saziş imzalanıb
Ölkəmizdə səfərdə olan Argentinanın Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri Rikardo Eçeqarayın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 17-də Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Vergilər Nazirliyində argentinalı qonaqlarla görüş keçirilib. Qonaqları ölkəmizdə salamlamaqdan məmnunluq duyduğunu bildirən vergilər naziri Fazil Məmmədov Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən nazir bunu səmərəli əməkdaşlığın müsbət göstəricisi kimi dəyərləndirib. F.Məmmədov qonaqların diqqətinə çatdırıb ki, ölkəmizin əldə etdiyi bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dayanır. Bu siyasət nəticəsində, ölkə iqtisadiyyatının bütün sahələri, xüsusilə, qeyri-neft sektoru sürətlə inkişaf edir, bu sahədən daxil olan büdcə gəlirləri də artır. Nazir Azərbaycan hökumətinin qeyri-neft sektorunun təkcə paytaxtda deyil, bütün regionlarda inkişafına böyük əhəmiyyət verdiyini qonaqların diqqətinə çatdıraraq həyata keçirilən vergi islahatları barədə də ətraflı məlumat verib, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlərdən, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən danışarkən elektron hökumət quruculuğu istiqamətində görülən işlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Argentina Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri Rikardo Eçeqaray Azərbaycanın həm Avropa, həm də şərq ölkələri ilə yaxşı əlaqələr qurduğunu, son illər isə Amerika qitəsi ölkələri ilə sıx əlaqələr qurmaqda maraqlı olmasını müsbət qiymətləndirdiyini bildirib və iki ölkə arasında iqtisadi, sosial və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu nəzərə çatdırıb. R.Eçeqeray vergi inzibatçılığı sahəsində məlumat və təcrübə mübadiləsinin vacibliyini xüsusi qeyd edib. Bildirib ki, hər iki ölkənin bu sahədə topladığı təcrübə olduqca əhəmiyyətlidir və əməkdaşlıq nəticəsində həm Azərbaycan, həm də Argentina tərəfi daha böyük nailiyyətlər əldə edə bilər. Konkret olaraq o, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin ən fəal üzvlərindən biri olan Argentinanın Dövlət Gəlirləri Federal Administrasiyasının neft və qızıl hasilatından vergilərin toplanması sahəsində böyük təcrübəyə malik olduğunu və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını qeyd edib.
İkitərəfli görüşdən sonra “Azərbaycan Respublikası hökuməti ilə Argentina Respublikası hökuməti arasında vergi məlumatlarının mübadiləsi haqqında” saziş imzalanıb.
N.AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

