Fiziki infrastruktur üzrə işçi qrupunun iclası keçirilib
24.12.2024 [19:38]
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən rəhbərliyi həyata keçirilən Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, iclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun sədrliyi ilə keçirilən iclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb.
İclasda ilk olaraq işçi qrupunun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Belə ki, “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Logistik performans” indeksinin hesablanma metodologiyasının dəyişdirilməsi barədə Dünya Bankı ilə müzakirələrin aparıldığı və yeni metodologiyaya uyğun olaraq “sorğu əsaslı yanaşmadan Big Data əsaslı yanaşmaya keçid”in qəbul edildiyi bildirilib. İstifadə olunan böyük məlumat mənbələri olaraq Ümumdünya Poçt İttifaqı, “Cargo” İQ, “TradeLens”, “MDS Transmodal” və “MarineTraffic” kimi məlumat bazalarından istifadə ediləcəyi diqqətə çatdırılıb.
Sonra “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Elektrik enerjisi istehsalı” indikatorunun 2022-ci və 2023-cü illər üzrə göstəricilərinin təhlil edildiyi və 2024-cü il üzrə proqnoz göstəricilərin Komissiyanın Katibliyinə təqdim edildiyi bildirilib.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən yol infrastrukturunun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusilə yol nişanlarının quraşdırılması, yolların xətlənməsi, Bakı şəhərində mobilliyin artırılması istiqamətində görülən işlər haqqında məruzə edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində keçirilən pilot layihə, əhalinin dayanıqlı su təminatı məqsədilə Abşeron yarımadası ərazisində aparılan magistral su kəmərləri və həmin kəmərlər boyu mərkəzi su anbarlarının tikintisi, eləcə də su itkilərinin azaldılması məqsədilə məhəllədaxili və binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması barədə ətraflı məlumat verilib.
Təqdimatlardan sonra işçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib. Eyni zamanda, növbəti ildə görüləcək işlər və işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.
Xəbər lenti
Hamısına baxGündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22

