Dayanıqlı iqtisadiyyat, sabit məzənnə, birrəqəmli inflyasiya...
30.12.2024 [11:13]
Mərkəzi Bank (MB) 2025-ci ildə pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb
Mərkəzi Bank (MB) 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. 2025-ci ilin pul siyasətinin əsas istiqamətləri növbəti ilə qlobal iqtisadiyyat, habelə ölkənin xarici balansı, fiskal və real sektorları üzrə proqnozları nəzərə alınmaqla tətbiq ediləcək. BVF-nin 2024-cü il oktyabr hesabatına əsasən, 2025-ci ildə qlobal iqtisadiyyatda artım 3,2 faiz səviyyəsində olacaq ki, bu da daha öncəki proqnozla müqayisədə 0,1 faiz bənd azdır. Hesabatda iqtisadi artımın inkişaf etmiş ölkələrdə 1,8 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4,2 faiz olacağı proqnozlaşdırılır.
2025-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 5,1 faiz olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.
Manatın məzənnəsi ilə bağlı gözləntilər
2025-ci ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaq. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək.
2025-ci ildə də qiymət sabitliyinin başlıca xətti manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında (hərraclar) müəyyən ediləcək. Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank 2025-ci ildə də valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər.
Bank sistemindəki likvidliyin idarə edilməsində daimi imkan alətləri, açıq bazar əməliyyatları istifadə ediləcək, bu sektorunda gözlənilən struktur profisiti ilə əlaqədar olaraq növbəti ildə də Mərkəzi Bankın sterilizasiya yönümlü alətlərinə tələbatın olacağı ehtimalı yüksəkdir. Bununla belə, struktur profisiti struktur kəsiri ilə əvəzləndiyi təqdirdə arsenalda olan likvidliyin verilməsi alətləri açıq bazar əməliyyatları çərçivəsində işə düşəcək.
İnflyasiya ilə bağlı proqnozlar
MB-nın bəyanatında bildirilir ki, növbəti ildə pul siyasəti qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcək, bu istiqamətdə islahatlar davam etdiriləcək. BVF-nin son proqnozlarına görə, dünya üzrə inflyasiyanın 2025-ci ildə 4,3 faizə enəcəyi gözlənilir. Ümumilikdə, 2025-ci ilin sonuna əksər aparıcı ölkələrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir. Bu şəraitdə aparıcı ölkələrin mərkəzi bankları tərəfindən siyasət faiz dərəcələrinin tədricən azaldılacağı ehtimalı yüksəlir. Bununla belə geosiyasi gərginliyin artması şəraitində ticarət yollarında yaranan maneələr inflyasiya ilə bağlı qısamüddətli riskləri artıra bilər.
Azərbaycana gəlincə, proqnozlara görə, 2025-ci ildə illik inflyasiyanın 5,8 faiz ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. Mərkəzi Bank 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, eyni zamanda inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.
Qiymətlərin sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.
“Yaşıl maliyyə” və faiz dərəcələri
Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillər olacaq, monetar siyasətdə iqlim dəyişikliyindən və eləcə də “yaşıl keçid”dən qaynaqlanan inflyasiyanın təsirləri üzrə təhlillər davam etdiriləcək. COP29 ərəfəsində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Yaşıl Taksonomiya” perspektivdə zəruri hallarda “yaşıl keçid”ə pul siyasəti ilə də dəstək vermək üçün əsas yaradır.
Növbəti ildə də Mərkəzi Bankın faiz dəhlizi iqtisadiyyatda monetar şəraitə təsir göstərən əsas vasitələrindən biri kimi istifadə olunacaq, faiz dəhlizinə dair qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimindən, habelə yenilənmiş makroiqtisadi proqnozlardan asılı olaraq qəbul ediləcək. MB 2025-ci ildə faiz dəhlizinin parametrləri ilə bağlı 8 qərar verəcəyini bildirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

