Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib
23.01.2025 [22:16]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) coğrafi məlumatlara dair yeni dövlət standartlarını qəbul edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət standartları bunlardır: AZS ISO 19103:2024 “Coğrafi məlumat. Konseptual sxemin dili”, AZS ISO 19108:2024 “Coğrafi məlumat - Müvəqqəti sxem”, AZS ISO 19109:2024 “Coğrafi məlumat - Tətbiq sxeminin qaydaları”, AZS ISO 19117:2024 “Coğrafi məlumat - Təsvir”, AZS ISO 19118:2024 “Coğrafi məlumat - Kodlaşdırma”, AZS ISO 19119:2024 “Coğrafi məlumat - Xidmətlər”, AZS ISO 19131:2024 “Coğrafi məlumat - Məlumat məhsulunun spesifikasiyası”, AZS ISO/TS 19139-1:2024 “Coğrafi məlumat - XML sxeminin həyata keçirilməsi - 1-ci hissə: Kodlaşdırma qaydaları”, AZS ISO 19142:2024 “Coğrafi məlumat – Veb-xidmətlərin xüsusiyyətləri”, AZS ISO 19144-1:2024 “Coğrafi məlumat - Təsnifat sistemləri - 1-ci hissə: Təsnifat sisteminin strukturu”, AZS ISO 19157-1:2024 “Coğrafi məlumat - Məlumatların keyfiyyəti”.
Sözügedən standartlar coğrafi məlumatların toplanılması, saxlanılması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, zamanla əlaqəli dəyişikliklərin izlənilməsi, məlumatların vizualizasiyası, kodlaşdırılması və təqdim olunması prosesləri haqqında qaydaları müəyyən edir.
Eyni zamanda, standartların tətbiqi fərqli qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsinə, dövlət qurumları və ictimaiyyət üçün məkan məlumatlarına şəffaf və asan çıxış imkanlarına, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

