Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / AYNA: Avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır

AYNA: Avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır

29.01.2025 [12:46]

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

“Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31